Bakıda nəvə nənəsini niyə qətlə yetirib? - TƏFƏRRÜAT 

Hazırda oxunan: Bakıda nəvə nənəsini niyə qətlə yetirib? - TƏFƏRRÜAT 

91752

Bakıda nənəsini qətlə yetirməkdə ittiham olunan Murad İmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. 

Sonra ifadə verən Murad İmanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Murad İmanov deyib ki, onun şəxsi problemləri olub. O, ailədaxili problemlərini məhkəmədə açıqlamaq istəməyib və deyib ki, ailədə hər kəs onun bu problemini bilib.  

Təqsirləndirilən şəxs deyib ki, evdə olan kondisioneri satmaq istəyib, amma nənəsi buna imkan verməyib:

"İlk mübahisəmiz buna görə başladı. Kondisioner nənəmə məxsus olsa da, onu satmaqda israrlı idim". 

Murad İmanov bildirib ki, nənəsini evdən çıxarmaq istəyib və onunla eyni evdə yaşamaq istəməyib. Onun sözlərinə görə, nənəsini başqa evdə olub:  

"Həmin evdə yaşamaq istəyirdim. Nənəmlə bir evdə yaşamaq istəmirdim. Nənəm isə evdən çıxmaq istəmədi. Buna görə də mübahisələrimiz yarandı". 

Murad İmanov deyib ki, nənəsi ilə aralarında yaranan münaqişə zamanı onu bıçaqla vurub. O törətdiyi əməlindən peşman olduğunu deyib.  
Növbəti proses sentyabrın 9-da davam edəcək. İttihama görə, bu ilin aprelin 11-də saat 15 radələrində Bakı şəhəri, Suraxanı rayon sakini 1953-cü il təvəllüdlü Natalya Popovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla zərərçəkmişin nəvəsi, 1999-cu il təvəllüdlü Murad İmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Natalya Popovanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Murad İmanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Murad İmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin