"AtaSığorta"nın işdən çıxarılan sədrinə Türkiyədən iş təklifi – ÖZƏL 

Hazırda oxunan: "AtaSığorta"nın işdən çıxarılan sədrinə Türkiyədən iş təklifi – ÖZƏL 

91711

"AtaSığorta" ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov şirkətdən ayrılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə sığorta şirkətindən bildirilib. 

Məlumata görə, sentyabrın 2-dən Orxan Məmmədov öz ərizəsi ilə işdən çıxıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Orxan Məmmədovun işdən ayrılmasına səbəb şirkətin məlum səbəblərdən heç bir perspektivinin olmaması və Türkiyədən ciddi iş təklifinin gəlməsi olub. Yaxınlarının dediyinə görə, Orxan Məmmədov avqust ayının 15-dən Türkiyədədir və iş görüşmələri aparır. 

Səhmdarların növbəti qərarına qədər İH-nin sədr vəzifəsinin müvəqqəti icrası İH-nin sədr müavini Xətai İsmayılova tapşırılıb. 

Qeyd edək ki, O.Məmmədov 2006-cı ildən sığorta sektorunda fəaliyyət göstərir. 2011-ci ildə "Paşa Sığorta" şirkətində İdarə Heyətinin üzvü təyin olunub. 2012-ci ildə “AtaSığorta”nın İdarə Heyətinin sədr müavini, 2017-ci ildə İdarə Heyəti sədrinin birinci müavini, 2019-cu ildə isə şirkətin İdarə Heyətinin sədri təyin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin