Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan 1969-cu il təvəllüdlü Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
Gültəkin Muradova özünü təqsirli bilməyib. O, ittiham aktında yazılanların doğru olmadığını söyləyib.
Növbəti məhkəmə iclasında Gültəkin Muradova özü ifadə verəcək.
İttihama görə, 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub. 2022-ci ilin yanvarın 8-də Sabunçu rayon Polis İdarəsi və 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində 2 yaşlı uşağı oğurlayan Beyləqan rayon sakini Gültəkin Muradova həbs edilib.
Məlum olub ki, Gültəkin Muradova azyaşlını övladlığa götürmək məqsədilə oğurlayıb. Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:02 / 02.09.2022
Bakıda övladlığa götürmək adıyla 2 yaşlı uşağı oğurlayan qadınla bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Bakıda övladlığa götürmək adıyla 2 yaşlı uşağı oğurlayan qadınla bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Bakıda övladlığa götürmək adıyla 2 yaşlı uşağı oğurlayan qadınla bağlı YENİ XƏBƏR
91697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.