Qazaxıstan və Azərbaycan Xəzər dənizi üzərindən internet çəkəcək  

Hazırda oxunan: Qazaxıstan və Azərbaycan Xəzər dənizi üzərindən internet çəkəcək  

91683

“Qazaxıstan interneti Azərbaycan vasitəsilə Xəzər dənizindən çəkəcək. Bunun üçün birgə müəssisənin yaradılması planlaşdırılır”. 

Bizim.Media Qazaxıstanın “LS” portalına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.  

Agentliyin məlumatına görə, Qazaxıstan və Azərbaycan hökumətləri arasında saziş çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin (FOCL) çəkilməsi planlaşdırılır. 

“Hazırda əsas kommunikasiya xətlərinin sahibi olan Qazaxıstan tərəfdən operatorun müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Layihənin həyata keçirilməsi üçün 50/50 paya malik birgə müəssisə yaradılacaq. İştirakçı operatorlar FOCL-in tikintisinə öz vəsaitlərini yatıracaqlar. İlkin dəyəri 40 milyon dollardır. Kabelin dəniz dibi ilə uzunluğu təqribən 380-400 km olacaq. İcra tarixləri hələ dəqiqləşdirilməyib”, - nazirlikdən bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin