Yasamal Rayonu Moskva prospektində yaşayan bina sakinləri Moderator.az -a şikayət məktubu ünvanlayıb. Sakinlərin sözlərinə görə, binanın birinci mərtəbəsində yaşayan ailə həyətində toyuq, qaz, ördək saxlayaraq sakinlərin narazılığına səbəb olur.
Moderator.az -a müraciət edən sakinlərin sözlərinə görə, yay aylarında ətrafda vəziyyət lap dözülməz olur. Ətrafda çox sayda ağcaqanad və həşəratlar olur. Bina sakinlərinin bildirdiyinə görə, onlar dəfələrlə ərazidə anti-sanitariya vəziyyətlə bağlı əlaqədar qurumlara müraciət ünvanlasalar da nəticəsi olmayıb. Sakinlər həyətində toyuq saxlayan ailə ilə də söhbət edərək narazılıqlarını ifadə etsələr də, kasıb olduğunu deyən ailə dolanışıqlarını bu vasitə ilə təmin etdiyini bildirib.
Xəyal Əzizov

































































































