«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun Azərbaycan Respublikasının vətəndaşları Mütəllimov Loğman Gülağa oğlu və İbrahimzadə Ruslan Rəhman oğlunun ekstradisiyası haqqında vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan bildirilib.
Məlumata görə, Şirvan şəhər polis idarəsinin icraatında olan cinayət işi üzrə Loğman Mütəllimovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, Bakı şəhəri Nizami rayon polis idarəsinin icraatında olan cinayət işi üzrə isə Ruslan İbrahimzadənin xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmələrinə dair əsaslı şübhələr müəyyən edilmiş və həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Hər iki şəxs Rusiya Federasiyası ərazisində müəyyən edilərək saxlanılıblar.
01.09.2022-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Loğman Mütəllimov və Ruslan İbrahimzadə Rusiya Federasiyasından Azərbaycana gətiriliblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:04 / 02.09.2022
Axtarışda olan iki azərbaycanlı Rusiyadan ekstradisiya edildi
Hazırda oxunan: Axtarışda olan iki azərbaycanlı Rusiyadan ekstradisiya edildi
Hazırda oxunan: Axtarışda olan iki azərbaycanlı Rusiyadan ekstradisiya edildi
91678
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.