Qarabağa gerçək münasibətimizin güzgüsü - Qarabağ TV

Hazırda oxunan: Qarabağa gerçək münasibətimizin güzgüsü - Qarabağ TV

91661
Bir maraqlı eksperiment etmək qərarına gəlmişəm. Özü də bu ideyanı mənə Milli Məclisin bəzi hörmətli deputatları veriblər. Bir neçə dəfə bu işi yaxın dostlarla və ətrafımızla gərgin müzakirə etsək də həyata keçirtməyə, inkişaf etdirməyə çalışsaq da, çox təəssüflər olsun ki, çox vaxt "meydanda tək qalmışıq". O məlum məsələdə olduğu kimi: "yetimə can-can deyənlər çox olub, lakin və ancaq çörək verənlər tapılmayıb. Niyə belədir, şəxsən mənə çox qaranlıq qalan məsələlərdən biridir.
Söhbət Azərbaycanımızın dilbər güşəsi, döyünən ürəyi olan Qarabağımızdan, Şuşamızdan, Xankəndimizdən və digər işğal altında qalan yaşayış məntəqələrimizdən gedir. O Qarabağdan ki, nədənsə hamı onu erməni-rus silahlı yaraqlılarının əlinə keçəndən sonra "cani-qəlbdən" sevməyə başlayıb, hər gün, hər saat o yurd yerimiz haqqında ağızdolusu danışır(lar). Necə deyərlər, Tanrı köməyimiz və köməyiniz olsun!!

İndi də keçirəm sözümün Mustafasına...Artıq bir neçə aydır ki, “Qarabağ TV”x9d yaradılması təklifi ilə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyev yadigarı kimi tanıdığımız deputat Flora xanım Qasımova çıxış edir.Yəqin ki, hörmətli millət vəkilimizin xəbəri yoxdur ki, belə bir TV artıq çoxdan Azərbaycanda mövcuddur və sadəcə onun aktiv fəaliyyət göstərməsi üçün kimə müraciət edirsən, hamı üzünü yana çevirir. 10 ilə yaxındır ki, 2007-ci ildən "Qarabağ TV" yaradılıb. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib, Şəhadətnamə də alınıb. Hörmətli millət vəkili Flora xanım Qasımova və digər dostlarımız //www.qarabag.tv/ saytına rahatca daxil olub bizim gördüyümüz işlər haqqında ətraflı məlumat ala bilərlər. Mən dostlarımızın təklifi əsasında böyük məmnuniyyətlə bu mühüm informasiya vasitəsinin İcraçı direktoruyam. Sonuncu işlərimizdən birini də bütün Qarabağsevər dostların diqqətinə çatdırmaq istəyirəm. Flim, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin, “Erməni vandalizmi ilə bağlı Türkiyə və Avropa ölkələrində tədbirlərin təşkili”x9d layihəsi əsasında hazırlanmışdır.
Buyurun, dəstək olun, imkanınız çərçivəsində ən minimal şərtlər daxilində Qarabağ TV-nin normal fəaliyyət göstərməsi üçün maliyyə resurslarının olması tələb olunur. Hardan biz əldə edə bilərik bu vəsaiti? Biz də erməni deyilik ki, onlara hətta okeanın o tayından babat maliyyə dəstəyi, yardımı göstərilsin və göndərilsin. Belə bir TV-ni arzulayan hörmətli Flora xanım Qasımova növbəti parlament seçkilərindən sonra deputat seçilərəsə, mütləq bu televiziyanın yaradılmasına çalışacağını vurğuluyur. Dostlar və şəxsən öz adımdan hörmətli Flora xanım Qasımovaya noyabrda keçiriləcək parlament seçkiləri zamanı millət vəkili adını qazanmaq mübarizəsində uğurlar arzulayıram.
Çox arzu edərdim ki, "Qarabağ, Qarabağ" deyən, yazan həm jurnalistlər, həm ictimai-siyası xadimlər, elm və mədəniyyət, səhiyyə və təhsil, o cümlədən digər sahələrdə çalışan hər kəs Qarabağ məsələsində son dərəcə aktiv vətəndaş mövqeyini ortalığa qoysun(lar). Biz səsimizi lazım olan instansiyalara çatdırmağı, fikir və ideyalarımızı reallaşdırma yolunda bütün çətinlik və mərhumiyyətlərə qatılmağı bacarmalıyıq.
Sonda onu da qeyd etməyi vacib sayıram ki, bu TV kanalının olması, aktiv fəaliyyət göstərməsi bizə Azərbaycan və Qarabağ həqiqətlərini təkcə ölkə daxilində deyil, onun hüdudlarından çox-çox uzaqlara da çatdırılmasında son dərəcə vacib bir təbliğat vasitəsidir. Qeydlərimin əvvəlində demişdim ki, maraqlı bir eksperiment etmək istəyirəm. Düşündüyümüzün də məğzi ondan ibarətdir ki, həm Flora xanım Qasımova, həm də ümumilikdə bütün Qarabağsevərlər bizə azca da olsa maddi və mənəvi dəstək göstərsələr, vallah çox qısa zaman kəsiyində biz böyük işlərə nail ola bilərik. Şükürlər olsun ki, Azərbaycanımızın, onun imkanlı oğul və qızlarının maddi imkanları çatar ki, Qarabağ TV var gücü ilə fəaliyyətini davam etdirsin, xalqımıza və dünyaya bir pəncərə rolunu oynasın. Yəqin ki, yaxın zamanlarda bizim rəsmi və qeyri-rəsmi qurumlarımız bu TV-nin ən yüksək şəkildə fəaliyyət göstərməsi üçün lazım olan bütün şəraiti yaradacaq və Qarabağ TV-miz də, "Qarabağ" PFK futbol klubu kimi bizi ürəkdən sevindirəcək və bütün dünya Qarabağla bağlı bir daha doğru və düzgün məlumatlar əldə edəcək, bizə qarşı indiyə qədər göstərdikləri qeyri-müəyyənlyi, mən deyərdim ədalətsizliyi aradan qaldırardılar. Ən azından bizim buna - hər bir xarici və əcnəbi vətəndaşı başa salmaq imkanlarımız kontekstindən baxılsa yaxşı olar.

Üzeyir Cəfərov, hərbi ekspert, Qarabağ TV-nin icraçı direktoru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin