Azərbaycanlı qadınları Türkiyədə satan Gülnarə MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Azərbaycanlı qadınları Türkiyədə satan Gülnarə MƏHKƏMƏ QARŞISINDA 

91646

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Gülnarə Məhərrəmovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.  

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.  

Daha sonra Gülnarə Məhərrəmovanın apellyasiya şikayətinin dəlilləri müəyyən edilib.  

Məlum olub ki, Gülnarə Məhərrəmova barəsində olan cəzanın yüngülləşdirilməsini istəyir.  
Növbəti proses sentyabrın 8-də davam edəcək.  

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülnarə Məhərrəmova 8 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, Gülnarə Məhərrəmova Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyənin Balıkesir şəhərinə aparıb, orada cinsi istismara məruz qoyub. O, qadınları ayrı-ayrı yerlərdə kişi müştərilərlə görüşdürüb, bunun müqabilində maddi gəlir əldə edib. 
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gülnarə Məhərrəmova tutulub. 

İstintaq orqanı tərəfindən Gülnarə Məhərrəmovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (təkrar insan alveri törətmək) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.  

Cinayət işi üzrə 5 qadın zərərçəkmiş şəxs qismində tanınıb.  

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin