Özü obalardan, sözü babalardan...

Hazırda oxunan: Özü obalardan, sözü babalardan...

91630
Adı özündən qorxulu Türkün qədim-qayım yurd yerlərindən biri də Barana (Noyanberyan) obası olub. Qanı özümüzdən olan tarixçi Şəmsi Qoca Barana sözünü qədim Türk tayfasının adı ilə bağlayır. Asif Ata Ocağının yükümlüsü olan hünərli-vətənpərvər ruhdaşım Soylu Atalı isə digər bir fikrin üstündə dayanır. Onun yozumunda Barana boranlı sözündən gəlir. Bir fikir də var ki, barlı bərəkətlli yer anlamında işlədilmiş sözün təhrif olunmuş formasıdır. Göründüyü kimi fikirlər müxtəlifdir. İnanmaq istərdim ki, yaxın gələcəkdə əqidəsindən yarıdığımız hansısa tarixçi düşünürümüz bu cür fikir müxtəlifliyinə tutarlı dəlillərlə birdəfəlik yekun vuracaqlar. Lakin dəqiq bildiyimiz bir odur ki, bu torpaqlar halal-hümbət dədə-baba öz torpaqlarımız olub. Yerli toponimlərə nəzər yetirsək dediklərimizin öz təsdiqini tapdığını görəcəksiniz. Sözümün mustafasına gəlmək istəyirəm. Dediyim odur ki, həmin o Barana şenliyinin bir elinin, obasının da adı Körpülüdür. Ağır-abır köhnə kişiləri (köhnəlimiş yox haaa), mərd ərənləri, adlı-sanlı ziyalıları, saz-söz adamları, halal çörəyi, füsünkar təbiəti ilə tanınıb bu el bu oba. Kişilərin bir sözünnən qan dayanıb bu yerlərdə. Eldə-obada cilalanmış tutarlı sözləri ilə tanınıb Körpülü kişiləri. Özü obalardan, sözü babalardan olan həmin kişilərdən biri də Körpülü adını özünə təxəllüs seçib daim ondan güc alıb, özünü ovxarda saxlayan qocaman pedaqoq, el şairi və ağsaqqalı Rəfi Körpülüdür. Rəfi İsabalı oğlu Zeynalov. ORT telekanalından yaxşı tanıdığınız İrada və Svetlana Zeynalovnın dost doğmaca əmisidir Rəfi Zeynalov. Akademik Rəhim Zeynalov da bunlardandır. Daha doğrusu hamısı bizdəndir, bizimkilərdir ”“ təmiz Türklər. Bu günlərdə Həmid Ormanlıdan xeyrixah insan, peşəkar naşir, üzü mübarək əziz dostum Ramiz Hümmətovun Rəfi Körpülünün şerlər kitabını nəşrə hazırladığını eşidib çox sevindim. Sevinci böləndə çoxalır deyirlər. Elə bu məntiqlə də sevincimiqələmə almağa cəhd göstərdim. Cəhdim baş tutdusa nə mutlu mənə. Rəfi müəllimin söz dünyası, ədəbi mövzuları, süjet xətti, fikirlərin deyiliş təhkiyəsi mənə çox doğma gəlir. Onun şerləri məni indi növrağı dağılmış, tüstüsü soğulmuş ellərimizə, obalarımıza, nənəli-babalı şirin xatirələrimə qaytarır. Rəfi müəllimin şerlərində heca-heca oyunu, qafiyəbazlıq şəkilçiləri yoxdur. Rəfi müəllimin şerlərində heç akademik mətn oyunbazlığı da yoxdur. Çünkü Rəfi müəllim öz şerlərini bazara çıxarmaq eşqi ilə yazanlardan deyil. Rəfi müəllimin azarı başqa azardır. Bu azar o azardan deyil. Rəfi kişinin şerlərəinə səmimiyyət hakim kəsilib, sadə danışıq dili ən yüksək həddə dayanır. “İkinci ömrü niyə vermir”x9d, “Dünya məndən nə istəyirsən”x9d, “Qonşular”x9d, “Ay məni dünyaya gətirən ana”x9d, ”x9dSən yaşa sevgilim, təki Sən yaşa”x9d, “A ceyranım”x9d, “Kaş yenə də Körpülüdə olaydım”x9d, “Borçalıda olaydım”x9d, “Körpülü”x9d kimi şerləri fikirlərimin təsdiqi üçün kifayətdir. Rəfi müəllimin ömür-gün yoldaşı Mərziyyə xanıma olan sevgisi doğrudan-doğruya insanda qibtə hissi doğurur. Rəfi müəllim illərlə ağır yataq xəstəsi olan ömür-gün yoldaşının uşaq kimi qulluğunda durmaqdan bir an belə bezib, uf eləmədi. Bütün bunların müqabilində mən Rəfi dayının qədirbilən ulu Tanrı tərəfindən mükafatlandırılacağı inamındayam. Elə bilirəm ki, Rəfi müəllimin kitabı bu mənada açar rolunu oynaya bilər. Son olaraq isə istərdim ki, fürsətdən istifadə edib kitabın araya-ərsiyəyə gəlməsində gərgin əmək sərf edən milətimizin və dovlətimizin böyük dostu Giya Alvazoviç Paçxataşivili (Mən ona Giya Alvazoğlu deyirəm) və Ramiz Hümmətov başda olmaqla bütün yaradıcı heyyətə öz dərin təşəkkürümü bildirirəm. Rəfi müəllimə isə can sağlığı, könül xoşluğu, tükənməz yaradıcılıq uğurları arzulayıram. Tanrı Səni qorusun Rəfi müəllim! Bizlərdə deyirlər: Dağda görüşək, düzdə görüşək, gün o gün olsun yüzdə görüşək.

Tofiq Sədioğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin