Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 548 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 437 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Onların 120 nəfəri oğlan, 317 nəfəri qızdır. 234 namizəd cari ilin, 203 namizəd isə əvvəlki illərin məzunudur.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini sentyabrın 2-dən etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olanlar 6 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 01.09.2022
Rezidenturaya qəbulun nəticələri açıqlandı
Hazırda oxunan: Rezidenturaya qəbulun nəticələri açıqlandı
Hazırda oxunan: Rezidenturaya qəbulun nəticələri açıqlandı
91586
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.