Dünən İsveçrənin paytaxtı Bern şəhərində baş tutan “Yanq Boyz”x9d -“Qarabağ”x9d oyununu izləyənlər arasında çoxlu sayda mühacirlər olub. Bunu Moderator.az-a verdiyi açıqlamasında oyunu izləyən mühacir Elşad Məmmədov deyib. Qeyd edək ki, qazaxlı iş adamı Elşad Məmmədov İbrahim Nehrəmlinin təqiblərindən qaçaraq Avropaya sığınıb. Qazaxlı iş adamının sözlərinə görə o, stadiona gələrək xüsusi bukletləri isveçrəli jurnalistlərə paylayıb. Həmin bukletlərdə onun hansı səbəbələrə görə, vətənini qoyaraq Avropaya sığınması haqda informasiya olub. Elşad Məmmədov həmçinin onun vəkili olmuş İntiqam Əliyev və Azərbaycanda olan siyasi məhbuslar haqda xəbərləri jurnalistlərlə bölüşb. Elşad Məmmədovun sözlərinə görə o, ölkə prezidentinin Avropaya edəcəyi səfəri gözləyir. Qazaxlı iş adamı prezidentlə görüşüb İbrahim Nehrəmlinin ona etdiyi haqsızlıqlar barədə prezidentə informasiya verməyi planlaşdırır.
Xəyal Əzizov
































































































