34 ilin hərbi qulluqçusu evsiz qalıb

Hazırda oxunan: 34 ilin hərbi qulluqçusu evsiz qalıb

91563

Ehtiyatda olan zabit, mayor Rasim İmanov prezident İlham Əliyevə müraciət ünvanlayıb. Moderator.az saytı və "Hürriyyət" qəzetinə göndərilən müraciətdə 34 il ordu sıralarında qüsursuz şəkildə xidmət etdiyinə diqqət çəkən R.İmanov Ali Baş Komandandan mənzil probleminin həllinə yardımçı olmağı xahiş edib:

“Möhtərəm  prezident,  cənab  Ali  Baş  Komandan  mən, ehtiyyatda  olan  zabit  mayor  İmanov  Rasim  Əli  oğlu  Qarabağ  müharibə  veteranı, Silahlı  Qüvvələr veteranıyam. Zəngilan  rayonundan  məcbüri  köçkünəm.  Dövlət  Sərhəd  Xidmətində  25  təqvim  ili, güzəştli  olaraq 34  il  qüsursuz  xidmət  etmiş, II  və III  dərəcəli  qüsursuz  xidmətə  görə  medalla  təltif  edilmiş, SSRİ  və  Azərbaycan Respublikasi Sərhəd  Qoşunlarında  nümunəvi  xidmətə  görə  dəfələrlə  Fəxri  Fərman  və  medallara  layiq  görülmüşəm. Bu gün yalnız öz adımdan deyil, bütün ailə üzvlərimiz adından sizə müraciət edirəm.

Mən  DSX-nin  rəisinin  30.06.2011-ci  il  tarixli  942  s/h  əmri  ilə yaşa  görə  Silahlı  Qüvvələrin  ehtiyatına buraxılmış  və  qeydiyyata  götürülməsi  üçün  Zəngilan  rayon  hərbi  komissarlığına  göndərilmişəm. Xidmətimin  14  ilini ailə  üzvülərimlə  birlikdə  döyüş  bölgəsində  (Horadiz ”“ Füzuli)  keçirmişəm. Lakin  30.06.2011-ci  il  tarixindən  qoşunlardan  təxris  olunmağıma  baxmayaraq  mənim  “Hərbi  Qulluqçuların  Statusu  haqqında”x9d  Azərbaycan  Respublikasının  Qanununun  12-ci  maddəsinin  2-ci  bəndində  nəzərdə  tutulmuş  ehtiyyata  buraxıldıqdan  6  ay  müddətində  mənzillə  təmin  olunmaq  hüququm  pozulub.   Sərhəd  Qoşunları  haqqında  1993-cü  il  06  yanvar  tarixli  Azərbaycan  Respublikası  Qanunun  IV  fəslində  39-cu  maddəsində  Sərhəd  Qoşunlarının  mənzil  fondunun  xüsusiyyətlərini  müəyyən  edir. Həmin  maddəyə  görə  sərhəd  qoşunlarının  hərbi  qulluqçuları  Azərbaycan  Respublikasının  mənzil  qanunvericiliyinə  müvafiq  olaraq  sərhəd  qoşunlarının  mənzil  fondundan  ayrılan  mənzil  sahəsi  ilə  təmin  edilirlər.

Bundan  başqa  “Azərbyacan  Respublikası  Silahlı  Qüvvələrinin  20  təqvim  ili  və  daha  çox  qüsursuz  xidmət  etmiş  hərbi  qulluqçularının  sosial  müdafiəsinin  gücləndirilməsi  tədbirləri  barədə”x9d Azərbcaycan  Respublikası  Prezidentinin 28  dekabr  2011-ci  il  tarixli  569  nömrəli  Fərmanına  uyğun  olaraq  dövlət  vəsaiti  hesabına  mənzil  verilməsini  xahiş  etmişəm.

Mənzillə  təmin  olunmağım  üçün  xidmət  dövründə  (2006-cı  il)  və ordudan  təxris  olunduqdan  sonra  (02.12.2011 â„– 12 /501/13/İ-1382/3) DSX-nin  rəisi  cənab  Elçin  Quliyevin  rəsmi  qəbulunda  olmuşam. Onu da qeyd edim mi, 2001-ci  il  tarixdə  döyüş  bölgəsində  Horadiz  SD-də  xidmət  edərkən  şəraitsizlikdən  həyat  yoldaşım  sağlamlığının  bir  hissəsini  itirmişdir. (Ekipriz ”“ 04.10.2001  “Semaşka”x9d  cərrahiyyə  şöbəsi)

Möhtərəm  prezident. Mənzillə  təmin  olunmaq  hüquqlarımın  pozulduğu  üçün  kömək  məqsədi  ilə  rəsmi  olaraq  bütün əlaqədar dövlət qurumlarına  müraciət  etmişəm. Lakin təəssüflər olsun ki, bu müraciətlərin heç biri mənim pozulan hüquqlarımın bərpası üçün yetərli olmayıb.

Cənab  prezident.Dəfələrlə  Azərbaycan  Respublikası  Prezidentinin  Hərbi  Məsələlər  üzrə  müşaviri  Cənab  Vahid  Əliyevin  qəbulunda  olmuşam (müavinlər  qəbul  edib). Qəbul  zamanı  müavinlər  tərəfindən  bizə  yaxın  vaxtlarda  mənzil  veriləcəyinə  söz  verilib. Mənzillə  əlaqədar  Azərbaycan  Respublikasının  prezidentinin müdafiə  məsələləri  üzrə  şöbə  müdiri  cənab  general-leytenant  Məhərrəm  Əliyevə  rəsmi  müraciət  ünvanlamışam.  (20.02.2014-SS127319419 AZ)

18.09.2012-ci  il  tarixində  sizə  telefonoqramma  vuraraq  ərizələrimə  baxılmasını xahiş etmişəm. Qeyd etmişəm ki, müraciətlərim süründürməçiliyə  salınır, problemin həlli istiqamətində real addım atılmır.

Müraciətlərimin  və  ərizələrimin  ötür-ötür  oyununa  salındığı  üçün  aidiyyatı  üzrə  dövlət  orqanı  olaraq  Şirvan  İnzibati-İqtisadi  Məhkəməsinə (Hakim  Elxan  Əmirəliyev), Şirvan  Apelyasiya  Məhkəməsinə (Hakim  Zeynal  Zeynalov), Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinə (Hakim  Mahir  Muradov), Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  İnzibati-İqtisadi  Kollegiyasına (Hakim  Kəmaləddin  Bədəlov)  müraciət etmişəm. Həmin məhkəmələrdə  pozulmuş  hüquqlarımın  təmin  edilməsi  üçün  qaldırdığım  iddialara  baxıldı  və  çox  təssüflər  olsun  ki, 3  ildi  ki, gedən  məhkəmə  proseslərində  Azərbaycan  Respublikası  adından  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlarına  zidd  olmaqla  qanunsuz, ədalətsiz  qərar  qəbul  edildi.

Azərbaycan  Respublikasında  müraciət  etmədiyim  dövlət  orqanları  və  məhkəmə  sistemi  qalmayıb. Nə  üçün  məhkəmələr  və  dövlət  orqanları  məni  Beynəlxalq  Məhkəmələrə  üz  tutmağı  vadar  edir? Axı  sizin dövlət  məmurlarının  vətəndaşların  hüquqlarını  pozmamaqla bağlı xüsusi  göstərişiniz  var.

34  il  xidmətdən  sonra  mən  hal-hazırda  5  nəfər  həddi-buluğa  çatmış  ailə  üzvlərimlə  birlikdə  kirayədə  yaşayıram. Bakı  şəhəri  Xətai  rayonunda  Sərhəd  Qoşunlarının  hərbi  qulluqçular  və  ehtiyyatda  olan  zabitlər  üçün  dövlət  hesabına  6  binadan  ibarət  540  mənzilli  yaşayış  sahəsi  tikilib  istifadəyə  verilib. Nə  üçün  Sərhəd  Qoşunlarının  rəhbərliyi  məni  mənzillə  təmin  etmək  istəmir? Bunu anlaşım deyiləm.

Cənab ali baş komandan! Yuxarıda  qeyd  edilənləri  nəzərə  alaraq xahiş edirəm ki, uzun  müddət  nümunəvi  xidmətimi, Qarabağ  müharibəsi  və  Silahlı  Qüvvələrin  veteranı  olmağımı,  Zəngilandan  5  nəfər  ailə  üzvü  ilə  birlikdə  köçkün  düşdüyümüzü  nəzərə  alıb  mənim  mənzillə  təmin  olunmağımı  aidiyyatı  qurumlara  xüsusi  göstəriş  verəsiniz. Bütün ümidimiz sizədir”x9d.

 

Seymur Əliyev

 

 

 

 

 

 

34 ilin hərbi qulluqçusu evsiz qalıb 34 ilin hərbi qulluqçusu evsiz qalıb 34 ilin hərbi qulluqçusu evsiz qalıb 34 ilin hərbi qulluqçusu evsiz qalıb
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin