Azərbaycanda bu dövlət qurumu böyük məbləğdə CƏRİMƏLƏNƏ BİLƏR 

Hazırda oxunan: Azərbaycanda bu dövlət qurumu böyük məbləğdə CƏRİMƏLƏNƏ BİLƏR 

91539

Milli Hematologiya və Transfuziologiya Mərkəzi barəsində inzibati protokol tərtib edilib.  

Bizim.Media xəbər verir ki, mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 538.1-ci (ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmələrin tipi təsdiq edilməmiş və yoxlamadan keçirilməmiş ölçmə vasitələrindən istifadə edilməklə aparılmasına və ölçmələrin attestasiya edilməmiş ölçmə metodları ilə yerinə yetirilməsinə) maddəsi ilə inzibati protokol tərtib edilib. 

İşə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.  

Məhkəmə protokolu təsdiq edərsə, mərkəz 4 min manat məbləğində cərimə ediləcək. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin