“Təyinatların böyük əksəriyyəti təqdim olunduğu kimi, “vurulma”x9d deyil”x9d

Hazırda oxunan: “Təyinatların böyük əksəriyyəti təqdim olunduğu kimi, “vurulma”x9d deyil”x9d

91523
Müdafiə Nazirliyində qəfil kadr dəyişiklikləri diqqəti bu quruma yönəldib. Mətbuatda Zakir Həsənovun vəzifəyə gətirdiyi zabitlərin “vurulması”x9d haqda yazılar yayılır. Əslində nə baş verir? Müdafiə Nazirliyində gözlənilməz kadr dəyişiklikləri, yüksək rütbəli zabitlərin işdən azad edilməsi nəyə xidmət edir?

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Müdafiə Nazirliyindəki kadr dəyişiklikləri əslində təqdim olunan kimi deyil. “Müdafiə Nazirliyində qeyri-adi heç nə baş vermir. Prezident nazir müavini Qorxmaz Qarayevi mühüm posta göndərib. Birləşmə komandirinin müavini elə də adi post deyil. Vaxtilə Kəlbəcər briqadasının müavini olub, döyüşlərdə iştirak etmiş, böyük hörməti olan şəxsdir. Deyirlər ki, nazir müavini vəzifəsindən komandir müavini vəzifəsinə təyinatı ”x9dvurulma"dır. Amma faktiki belə deyil. Hər 2 vəzifə general-mayor vəzifəsidir" - deyə, Ü.Cəfərov bildirib. 

Onun sözlərinə görə, kadr yerdəyişmələri ordunun güclənməsinə və cavan kadrların irəli çəkilməsinə xidmət edir: “Məsələn, Fuad Məmmədova şans verilib ki, özünü təsdiq etsin. Yazırlar ki, Qəhrəman Ağayev tikinti işlərinə cavabdehlik daşıyıb. Onu 1995-ci ildən tanıyıram. Müdafiə Nazirliyi Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki Mənzil İstismar Sahəsinin, sonradan isə Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin rəisi olub. İndi yazırlar ki, guya onun rütbəsi aşağı salınıb, polkovnik leytenant olub. Faktiki isə rütbəsi polkovnikdir, aşağı salınmayıb. 

Silahlı Qüvvələrin Ərzaq Xidmətinin rəisi Malik Qurbanov Səfər Əbiyevin dövründə polkovnik-leytenant rütbəsində ordu sıralarından tərxis olunub. Sonradan Zakir Həsənov ordu sıralarına qaytarıb, dərhal polkovnik rütbəsi verilib. Hazırda 2 mühüm idarənin rəisi vəzifəsini icra edir. Yəni onu irəli çəkiblər, işdən çıxarıb işsiz qoymayıblar. Zirehli Tank Xidmətinin rəisi Elxan Hüseynov cavan zabitdir. Onun xidmət yeri dəyişdirilib. Yanacaq xidmətinin rəisi Hüseyn Vəliyevin xidmət yeri dəyişdirilib. 25 zabitin vəzifəsindən azad edilməsi haqda yazılanlar da həqiqət deyil. Həmin zabitlər Silahlı Qüvvələrin Baş İnspeksiyası İdarəsindəki məlum həbslərdən sonra istintaq dövründə tutduqları vəzifələrdən müvəqqəti olaraq uzaqlaşdırılıblar. Onları geri qaytara və ya digər vəzifələrə də çəkə bilərlər.  

Rasim Əliyev Kadrlar İdarəsinin rəisi vəzifəsindən azad olunaraq Mənəvi Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. O, təcrübəli zabitdir. Döyüşlərdə iştirak edib. Rövşən Əkbərovun rəhbərlik etdiyi xüsusi təyinatlı hərbi hissənin komandir müavini olub. 

Rüfət Əmirov Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi vəzifəsindən azad olunub və general vəzifəsinə təyin olunub. Rüfət Əmirov çox təcrübəli zabitdir.

Mirzə Alxasov Naxçıvanski Ali Hərbi Liseyin rəisi  vəzifəsindən azad olunaraq Silahlı Qüvvələrin Akademiyasına müəllim vəzifəsinə təyin olunub. 

Fəxrəddin Cəbrayılovun tabeliyində olan şəxslərə nəzarəti zəif olub, ona görə tutduğu vəzifədən azad edilib və Silahlı Qüvvələrin Akademiyasına müəllim vəzifəsinə təyin olunub. Onun tabeliyindəki şəxslər rüşvətxorluq və korrupsiyaya görə istintaq altındadır. Həmin faktları Milli Təhlükəsizlik Nazirliyi Hərbi Əks Kəşfiyyat İdarəsi ilə birgə aşkarlayıb. Yəni təyinatların böyük əksəriyyəti təqdim olunduğu kimi, “vurulma”x9d deyil".

Ü.Cəfərov yaxın zamanlarda ordu ilə bağlı daha səs-küylü xəbərlərin olacağını da söylədi: “Yaxınlarda çox ciddi olaylar haqda da məlumatlar ictimailəşəcək. Bəzi şəxslərlə bağlı işlər aparılır. Əgər məlumatlar öz təsdiqini tapacaqsa, bundan da səs-küylü faktlar ortaya çıxacaq”x9d.

Ü.Cəfərov Nəcməddin Sadıqovun fövqəladə hallar nazirinə müavin aparılması haqda məlumatlara da münasibət bildirib. Deyib ki, bu məlumatlar heç bir əsası olmayan məlumatdır: “Nəcməddin Sadıqovun nazir müavini vəzifəsindən daha yüksək vəzifəyə təyinatı gözlənilir. Mümkündür ki, onu ölkə daxilində vəzifəyə təyin etməyib xarici ölkələrdən birində məsul vəzifəyə təyin etsinlər. Bu, Ali Baş Komandandan asılı məsələdir”x9d.

Ü.Cəfərov N.Sadıqovun təqaüdə göndəriləcəyini də real saymır: “Düzdür, Əliağa Hüseynov kimi Nəcməddin Sadıqovu da ordudan tərxis edib sonra vəzifəyə təyin edə bilərlər. Xatırlayırsızsa, Əliağa Hüseynovu əvvəlcə icra başçısı təyin etdilər, sonradan da deputat oldu. Əliağa Hüseynov təqaüdə göndəriləndə general-leytenant idi, yaşı da onun tərxis olunmasına imkan verirdi. Nəcməddin Sadıqov isə general-polkovnikdir. Onu yaşa görə 60 yaşı tamam olandan sonra tərxis edə bilərlər. Bu, Ali Baş Komandanın müstəsna səlahiyyətidir, amma hazırda belə bir addımın atılacağı real görünmür”x9d.

Qeyd edək ki, Müdafiə Nazirliyi rəhbərliyinin cəbhəboyu zonadakı apardığı son yoxlamaların nəticələrinə əsasən əvvəllər edilən xəbərdarlıqdan nəticə çıxarmayan şəxslər barədə müvafiq qərarlar qəbul edilib, nöqsanlara yol verənlərin bir qismi aşağı vəzifəyə keçirilib, digərləri isə kənarlaşdırılıb. Eyni zamanda nailiyyətləri olan şəxslər vəzifədə irəli çəkilib. Bu kimi tədbirlər Silahlı Qüvvələrimizdə mütəmadi olaraq həyata keçiriləcək.(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin