Mehman Əliyev: “Biz həmişə hərbi akkreditasiyanın tərəfdarı olmuşuq”x9d
Nazirlər Kabineti “Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”x9dnı təsdiq edib. Rəsmi məlumata görə, bu qayda jurnalistlərin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttinə bitişik ərazilərdə (cəbhəboyu zona) akkreditasiyası, o cümlədən kütləvi informasiya vasitələri ( KİV) nümayəndələrinin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması qaydasını müəyyən edib.
KİV Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən müəyyən edilmiş akkreditə qaydasına riayət etməklə öz nümayəndələrini akkreditə edə bilər.
Akkreditasiya hər ilin dekabr ayında həyata keçirilir. KİV-in müraciətinə əsasən, akkreditə olunma ilin digər vaxtlarında da keçirilə bilər.
"Turan" agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, bu qaydaları təqdir edir: “Biz həmişə hərbi akkreditasiya institutunun tərəfdarı olmuşuq. Hətta 2008-ci ildə akkreditasiya məsələsi ilə bağlı tövsiyələr paketi hazırlayıb Prezident Administrasiyasına təqdim etmişdik. Təəssüflər olsun ki, o vaxt bizim təkliflər orda da qaldı. Ümumiyyətlə, bütün sahələrdə peşəkar jurnalistlərin formalaşması vacibdir, ona görə akkreditasiyanın olması vacibdir. İkincisi, ordu xüsusilə həssas sahədir, cəmiyyət də orduda gedən proseslərlə daim maraqlanır. Eyni zamanda dövlət sirrinin qorunması vacibdir. Ona görə də peşəkar jurnalistikanın olması gərəkdir. Bütövlükdə isə bu qaydalar media və ordunun əməkdaşlığını təmin edir. Düzdür, orda hər hansı problemlər ola bilər. O da ola bilər ki, tam məhdudlaşdırıcı hallar tətbiq olunsun. Amma qaydaların necə tətbiq olunmasından çox şey asılıdır”x9d.
M.Əliyev deyir ki, bütün nazirliklərlə peşəkar səviyyədə hazırlanmış, işləyən jurnalistlərin akkreditə olunması lazımdır: “Bu, xarici dövlətlərdə var. Biz bu məsələni illərlə qaldırmışıq. Bəzi qurumlarda belə təcrübə olsa da, formal xarakter daşıyır. Əsas məsələ jurnalistin işıqlandırdığı sahə haqqında biliklərinin olmasıdır. Elə bil ki, jurnalist ikinci peşə sahibi olur, ikinci təhsil qazanır. Yəni yazdığı materialda hansı terminləri işlətməlidir, nələri deyə bilər, nələri yox. Ordu elə bir sahədir ki, burada dövlət sirri, hərbi sirr, hərbi qulluq haqqında qanunlardan məlumatlı olmaq gərəkdir”x9d.
Hərbi ekspert, “Azeri Defence”x9d hərbi jurnalının baş redaktoru Rəşad Süleymanov “Yeni Müsavat”x9da bildirdi ki, əslində bu qaydaların tətbiqi çoxdan olmalıydı: “Hələ 90-cı illərdə cəbhəyə ezam olunan həm yerli, həm də xarici jurnalistlərin bir çoxunun məsuliyyətsizliyi ordu üçün ciddi problemlər doğurdu. Son illərdə cəbhədə baş verən proseslər, ələlxüsus da ötən ilin iyul-avqust ayında yaşanan olaylar göstərdi ki, hökumət cəbhə informasiyalarına və bu ərazidə çalışan jurnalistlərə nəzarət etməlidir. Məsuliyyətsiz, ağızdan, sosial şəbəkələrdən əldə olunan, təsdiq olunmamış informasiyaların tirajlanması həm silahlı qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji durumuna mənfi təsir göstərir, həm də ictimaiyyətdə çaşqınlıq, panika yaradır. Məsələn, hansısa saytda cəbhədə 4 əsgərimizin şəhid olması xəbəri yayılmışdı və ad, soyad verilmişdi. Təsəvvür edin, qeyd olunan ərazidə neçə min əsgər xidmət edir. O ad-soyad uyğun gələn neçə ailə həmin an hansı hissləri yaşayır. Bu cür halların aradan qaldırılması üçün ciddi tədbirlərin həyata keçirilməsinə zərurət var”x9d. R.Süleymanov deyir ki, bu, Müdafiə Nazirliyi və redaksiyaların qarşılıqlı fəaliyyəti ilə mümkündür: “Digər tərəfdən, səfərlər dedikdə çoxlarımız hərbi hissələrə QHT-lərin komandası altında jurnalist turları ilə hər şeyi bitmiş sayır. Bu, yalnız ön xətt barədə təsəvvür yaradır. Jurnalist yenə hərb haqda dərin informasiyaya malik olmur. Gedib səngərdə özçəkim edib geri dönürlər. Hərbi jurnalistika bu gün dünyada müharibə jurnalistikası, hərbi-texniki jurnalistika, hərbi siyasi jurnalistika kimi sahələrdən ibarətdir. Hamının savaş jurnalisti olması mütləq deyil. Sual olunur: müstəqillik dövründə görək Müdafiə Nazirliyi və digər qurumlar hərbi hissələrə jurnalist turları istisna olunmaqla, jurnalistlər üçün hansı hazırlıq kursları təşkil edib? Bu gün hərbi əməliyyatlar başlasa, TV-lərimizdə çalışan, birinci Qarabağ müharibəsini lentə alan 3-4 jurnalisti çıxmaq şərti ilə kim döyüş meydanından reportaj hazırlamağa hazırdır?”x9d
Azərbaycanda hərbi jurnalistlərin çatışmazlığı da faktdır, bu isə müharibə şəraitində olan ölkə üçün normal hal deyil. Azərbaycanın ilk hərbi jurnalistlərindən olan polkovnik-leytenant Üzeyir Cəfərov başda olmaqla, bir sıra adlar çəkmək mümkündür. Lakin bu siyahı çox məhdud adlardan ibarətdir. R.Süleymanov da vəziyyəti qənaətbəxş saymır: “Bu gün Azərbaycan TV-lərində Vahid Mustafayev, Mir Şahin, Rahib Qərib, Ədil Arifoğlu kimi müharibə jurnalistləri, Seyidağa Mövsümov, Etibar Şirinov kimi kameramanlar var, onların təcrübəsindən yararlanmaq olar”x9d. Azərbaycanda hərbi jurnalistikanın inkişafına gəlincə, ekspert bildirdi ki, bu sahənin inkişaf etməməsində həm də redaksiyaların və həmkarlarımızın özlərinin günahı var: “Adi hərbi xidmət keçməmiş redaktorlar var. Hərbi mövzuya ”x9dbu nədir" deyənlər, “baş-qulağım sakit başqa sektordan yazım”x9d deyənlər var. Yeni qaydaların tətbiqi bu sahədə də müəyyən inkişafa təkan vermiş olacaq. Ancaq yenə deyirəm, bu sahədə praktik kurslar təşkil olunmalıdır".




























































































