“Nə? Harada? Nə zaman?”: Məktəblilər üçün intellekt LİQASI

Hazırda oxunan: “Nə? Harada? Nə zaman?”: Məktəblilər üçün intellekt LİQASI

91515

Məktəblilər arasında intellekt liqasına start verilir.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, layihənin əsas məqsədi məktəblilər arasında intellektual oyunlara marağı artıraraq şəbəkələşməsini təmin etmək, gənclərin intellektual bilik və bacarıqlarını daha da möhkəmləndirmək, habelə asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.

“Nə? Harada? Nə zaman?” formatında keçiriləcək liqa oyunları 5 turdan ibarət olacaq və iştirakçılar 4-6 nəfərlik komandalar halında yarışacaqlar. Hər turun qalib komandası şəhadətnamə, 5 turun sonunda ümumi xal hesabında qalib gəlmiş komanda isə müxtəlif dəyərli hədiyyələrlə təltif ediləcək.
Qeyd edək ki, layihə “İrəli” İctimai Birliyi, “Dərs Evi” tədris mərkəzi və “3 sual” intellektual oyun platformasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Layihədə iştirak etmək istəyən məktəblilər komanda şəklində 15 sentyabr, saat 18:00-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin