500-dən yuxarı bal toplayan bir neçə abituriyent ali məktəbə DAXİL OLMAYIB  

Hazırda oxunan: 500-dən yuxarı bal toplayan bir neçə abituriyent ali məktəbə DAXİL OLMAYIB  

91510

“Bu il I və IV qrupda 500-dən çox bal toplayan bir neçə abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, IV ixtisas qrupu üçün bu hal təbiidir:

“Çünki abituriyent tibb ixtisası üzrə yalnız bir yer yazdığı üçün ali məktəbə daxil ola bilmir. Amma bu il üçün Tibb Universitetində yeni açılan ixtisaslar da var ki, onların keçid balı aşağıdır.
Əgər həmin şəxslər bu ixtisasları seçsəydilər, kənarda qalmazdılar. Sevindirici hal odur ki, bu il Bakı Dövlət Universitetində Biotexnologiya ixtisası açılıb və həmin yer üçün axın yüksək olub. Burada keçid balı Tibb Universiteti ilə eyni səviyyədə olub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin