Rusiya sülhməramlı qüvvələrinin bütün postları Laçın şəhərindən götürülüb.
Bizim.Media xəbər verir ki, artıq Laçın şəhərində Azərbaycan hərbi qulluqçuları mövqelər qurub, xidmət aparır.
MÖVZU İLƏ BAĞLI:
Laçın şəhərinin YENİ GÖRÜNTÜLƏRİ - FOTO
Azərbaycan Ordusu tərəfindən Laçın şəhərinin və ətraf ərazilərin mühafizəsi həyata keçirilir.
Qeyd edək ki, razılaşmaya əsasən, Rusiya sülhməramlı qüvvələri xidmətlərini avqustun 30-dan Laçın dəhlizinə alternativ yolda aparırlar. Onların bütün postları yeni yola köçürülüb. (Apa.az)
Bizim.Media