Elm və Təhsil Nazirliyi sisteminə aid ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi bu gün yekunlaşır.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Bizim.Media-ya bildirilib ki, namizədlər sentyabrın 1-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Vakansiya seçimi proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada keçirilir. Namizədlərə 4 vakant yer seçmək hüququ verilir.
Müddətli müqavilə ilə vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.
Xatırladaq ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:18 / 01.09.2022
Müəllimlərin işə qəbulu üzrə müsabiqə YEKUNLAŞIR
Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə müsabiqə YEKUNLAŞIR
Hazırda oxunan: Müəllimlərin işə qəbulu üzrə müsabiqə YEKUNLAŞIR
91455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.