“İşğaldan azad olunmuş ərazilərdəki bərpa quruculuq işləri hazırda Azərbaycan hökumətinin qarşısında bir hədəf olaraq durur. Və Yaponiya hökuməti və şirkətlərimiz bu məsələdə əməkdaşlıqla bağlı düşünür. Keçən il bir yapon şirkəti azad olunmuş ərazilərin yaşıl enerji zonasının baş planını hazırlayıb”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi bildirib.
Səfir işğaldan azad edilən rayonlara səfər etdiyini və şəhərlərin dağıdılmasına təəssüfləndiyini qeyd edib:
“Bu günə qədər Azərbaycan hökumətinin təşkilatçılığı ilə bir neçə dəfə azad olunmuş ərazilərdə olmuşam. Hər biri çox gözəl, təbiəti çox füsunkar olan yerlərdir. Lakin çox təəssüf ki, bəzi şəhərlər demək olar ki, tamamilə dağıdılıb.
Olduğum şəhərlərdən biri də Şuşadır. Şuşa hər bir azərbaycanlı üçün çox əziz olan bir yerdir. Eyni zamanda mədəniyyət mərkəzidir. Çox gözəl bir şəhər olaraq təəssürat bağışlamışdı. Və mən çox arzu edirəm ki, Şuşa da daxil olmaqla bütün şəhərlər bərpa olunsun və inkişaf etsin”.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:24 / 31.08.2022
"Qarabağın bərpasında Yaponiya şirkətləri də iştirak edəcək" - Səfir
Hazırda oxunan: "Qarabağın bərpasında Yaponiya şirkətləri də iştirak edəcək" - Səfir
Hazırda oxunan: "Qarabağın bərpasında Yaponiya şirkətləri də iştirak edəcək" - Səfir
91377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.