Yeni doğulan körpəsini öldürüb divardan asan “ana”ya niyə 3 il CƏZA VERİLİB? – Ədalətsiz qərara ETİRAZ

Hazırda oxunan: Yeni doğulan körpəsini öldürüb divardan asan “ana”ya niyə 3 il CƏZA VERİLİB? – Ədalətsiz qərara ETİRAZ

91370

İlk övladından imtina edən, ikinci yeni doğulmuş körpəsini işgəncə ilə öldürən qadına Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Qanonduran olayla bağlı dəhşətli etirafları ilə gündəmə gələn övlad qatilinə yüngül cəza verilməsi ictimaiyyətdə ciddi müzakirə doğurub.  Nərimanov Rayon Məhkəməsinin ədalətsiz qərarı qınanılıb və  qadına layiqli cəza verilməməsi etirazla qarşılanıb. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev ədalətsiz qərardan gileylənərək, insan ölümünə basikar olan qadına ən ağır maddə ilə cəza verilməli olduğunu qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

Kafedə doğduğu körpəsini torbada öldürüb divardan asdı... - Dəhşətli cinayətin DETALLARI


“Vətəndaş və hüquqşünas olaraq hesab edirəm ki, ana övladını qəsdən öldürübsə, ona 120-ci maddə (qəsdən adamöldürmə) ilə iş açılmalı idi. Çünki uşaq doğulub və o, həyatda olub. İnsandır… Qadın özü də etiraf edir ki, həyat tərzinə mane olduğu üçün körpəni qəsdən öldürüb. Belə çıxır ki, başqa bir qadının yeni doğulmuş körpəsini eyni metodla öldürsəydi, ona 120-ci maddə ilə iş açılacaqdı və köməksiz vəziyyətdə olan şəxsi qətlə yetirdiyinə görə ağırlaşdırıcı maddə ilə 18-20 il azadlıqdan məhrum ediləcəkdi. Öz uşağını öldürdüyü üçün yüngül cəza veriblər. Düşünürəm ki, bu, ədalətli deyil.

Əgər qadın körpənənin ölümünə ehtiyatsızlıqdan səbəb olsaydı, ona yüngül cəza verilməsi qəbul olunardı. Amma bu açıq-aşkar qəsddir və qadın bunu etiraf edib. Qətl olayını təsvir edib. Hətta imkan verib ki, uşaq ağlasın, bağrı çatlasın və ölsün. Sadəcə heyfslənirəm və təccüblənirəm ki, məsələyə bu cür yanaşma var. Öz uşağını öldürürsən 3 il, başqasının uşağını qətlə yetirirsənsə ağırlaşdırcı maddə ilə cəzalandırılırsan. Əslində qanunda bu fərq olmamalıdır. Söhbət nəticədə insan ölümündən gedir”.

Xatırladaq ki, Şirvan sakini, 1986-cı il təvəllüdlü Ş.Qədirova Bakı şəhərində yerləşən və “Sabirabad hotel” adı ilə tanınan kafedə yaşayıb.

O, 2020-ci ildə Respublika Kliniki Xəstəxanasında uşaq dünyaya gətirib. Körpənin cinsiyyətini öyrənmədən övladından imtina edib. Daha sonra yenidən hamilə qalan qadın bu il martın 30-da saat 01 radələrində daimi yaşadığı kafeyə gələrək sanitar qovşağında təbii yolla qız uşağı dünyaya gətirib. O, yeni doğulmuş körpəni zibil qutusuna ataraq ölməsini gözləyib.

Lakin körpə ağladığından uşağı sellafon torbaya qoyub, ağzını düyünləyərək ölməsini gözləyib.

Yarım saat sonra uşağın səsinin kəsildiyini görən qadın onun meyitini əl çantasına qoyaraq yatıb. Martın 31-də yaşadığı yeri tərk edən 38 yaşlı qadın yeni doğulmuş uşağın meyitinin olduğu torbanı saat 03 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 88 ünvanındakı “Anatolia” restoranının divarından asaraq uzaqlaşıb.

Aprelin 2-də isə kommunal xidmət işçiləri ərazidə təmizlik işləri görərkən polietilen sellofanda naməlum yeni doğulmuş uşaq meyitini aşkar edərək məlumat veriblər. 2 gün sonra uşağın anasının yeri müəyyən edilərək saxlanılıb.

Məhkəmədə Ş.Qədirova uşağın onun həyat tərzinə mane olacağını düşündüyü üçün belə addım atdığını, hamiləliyə qarşı daim dərman preperatlarından istifadə etdiyini deyib.


Qadın Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin