Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatı bərpa edilir - FOTO

Hazırda oxunan: Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatı bərpa edilir - FOTO

91356

Avqustun 26-da Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə “Azərsu” ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqdasından ibarət qrup həmin tarixdən Laçın şəhərində işlərə başlayıb.

Bu barədə Bizim.Media-ya qurumdan bildirilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə hərbi və mülki təyinatlı obyektlərin dayanıqlı içməli su təminatı məqsədilə ilkin olaraq su mənbəyi, magistral su kəməri və digər hidrotexniki qurğularda təftiş işləri aparılıb.

Məlum olub ki, Laçın şəhərini içməli su ilə təmin edən subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular məqsədli şəkildə sıradan çıxarılıb, nasoslar sökülərək aparılıb.
Eyni zamanda magistral kəmər bir neçə nöqtədə qəsdən dağıdılıb, bir nöqtədə kəmərin içərisinə böyük bir ağac kötüyü yerləşdirilib.

Bakıdan, 5 və 7 saylı regional sukanal idarələrindən Laçına ezam olunmuş mütəxəssislərin gərgin fəaliyyəti nəticəsində avqustun 31-də alternativ mənbə olaraq bulaqlardan şəhərə suyun gətirilməsi təmin edilib. Laçın şəhərində xidməti vəzifələrini yerinə yetirən, eləcə də təmir-bərpa işlərinə cəlb olunmuş şəxsi heyəti su ilə təmin etmək üçün sudoldurucu qüllə quraşıdırılıb, su təminatı əraziyə cəlb olunmuş 3 ədəd sudaşıyan maşınla aparılır.

Hazırda “Azərsu” ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqdasından ibarət qrup Laçın şəhərinin içməli su təchizatı sistemlərinin təftişi və bərpası istiqamətində təxirəsalınmaz tədbirləri davam etdirir.

Xatırladaq ki, 2021 və 2022-ci illərdə Təxirəsalınmaz tədbirlər çərçivəsində “Azərsu” ASC tərəfindən Laçın rayonu ərazisində müxtəlif diametrli borularla ümumilikdə 13 km uzunluğunda su xətləri çəkilib, ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda, zərurət yarandıqda maşınlarla suyun daşınmasını təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb.

Ötən müddətdə Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna da xidmət göstərilib.

Qeyd edək ki, “Azərsu” ASC-nin hazırda Kəlbəcər və Zəngilan rayonlarında, Şuşa şəhərində və Hadrut qəsəbəsində fasiləsiz xidməti təmin edən sahələri fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin