Bu, keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədovun haqqın.az saytında Eynulla Fətullayevin uydurduğu növbəti yalanlara cavab statusudur. Status paylaşandan sonra Nazim Məmmədov Moderator.az saytı ilə əlaqə saxlayaraq Eynulla Fətullayevi məhkəməyə verdiyini, elə buna görə də onun şantaja və böhtana keçərək daha irimiqyaslı qarayaxma kampaniyasına başladığını bildirib.
Nazim Məmmədov Eynulla Fətullayevin cəzasız qalacağını ehtimal etdiyindən hər gün daha da irəliyə getdiyini iddia edir:
"O iddia edir ki, guya mən deputatlıq mandatına sahib olduğum dönəmdə Standartlaşma Komitəsinin sədri Ramiz Həsənova rüşvət verməklə sahibkarlıq fəaliyyəti göstərmişəm. O bir müddət öncə "Ataxan Dəmir Sənaye" şirkətinin işgüzar nüfuzuna xələl gətirən yalan məlumatlar dövriyyəyə buraxmışdı və guya mənim qanunsuz fəaliyyət göstərdiyimi iddia edirdi. Mən Standartşalma Komitəsi tərəfindən vaxtilə verilmiş sertifikatları onun elektron poçtuna və inbox - una göndərsəm də o özündə cəsarət tapıb həmin sənədləri öz saytında yayımlamadı. Buna görə də onu məhkəməyə vermişəm və bir daha burdan bildirirəm ki, qanunlarımız qarşısında öz cəzasını alanadək ona qarşı iddiamdan əl çəkən deyiləm.
Bir məqamı da vurğulamaq istərdim. Əslində özünə hörmət edən şəxs Eynullanın bu cür qarayaxmalarına cavab verməməlidir. Amma mən ictimai rəyə həmişə hörmətlə yanaşmışam və yalnız insanlarımızı məlumatlandırmaq xatirinə bildirirəm ki, 2003 - cü ildən bu günədək prezidentimiz İlham Əliyevin sahibkarlığın inkişafı üçün atdığı bütün addımları, verdiyi maddi, mənəvi dəstəyi təbliğ etmişəm və bu gün də bu kursun alternativi olmadığı qənaətindəyəm. Eyni zamanda bildirirəm ki, mən artıq 2005 - ci ildən sahibkarlıq fəaliyyətiylə məşğul deyiləm. Həmin vaxtdan sadəcə təsisçi kimi qalıram. Qanunvericiyə görə bu da sahibkarlıq hesab olunmur."































































































