Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan və direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqəsinin nəticələri bəlli olub.
Bu barədə Bizim.Media-ya BŞTİ-dən xəbər verilib.
Bildirilib ki, işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri təhlil olunub, müsahibə mərhələsindən uğurla keçən 2 namizəd müvafiq vəzifə üzrə təyinat alıb.
Qeyd edək ki, müsahibə mərhələsində işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 6 namizəd, həmçinin ötən il direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış 16 nəfər olmaqla, ümumilikdə 22 namizəd iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:14 / 31.08.2022
Bakı məktəblərinə direktorların işə qəbulu başa çatdı
Hazırda oxunan: Bakı məktəblərinə direktorların işə qəbulu başa çatdı
Hazırda oxunan: Bakı məktəblərinə direktorların işə qəbulu başa çatdı
91311
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.