161 saylı marşrutda BİABIRÇILIQ – Qırıq qapı ilə sürücü yoluna davam edir - FOTO

Hazırda oxunan: 161 saylı marşrutda BİABIRÇILIQ – Qırıq qapı ilə sürücü yoluna davam edir - FOTO

91301

Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb. Sürücü bu vəziyyətdə sərnişin avtobusunu idarə edib. Söhbət Hövsan-Suraxanı qəsəbəsi üzrə hərəkət edən 161 nömrəli marşrutdan gedir.

Bununla bağlı Bizim.Media-ya həmin avtobusdan mütəmadi istifadə edən sərnişin şikayət edib və biabırçı mənzərənin görüntüsünü təqdim edib.

Şikayətçi sərnişinin bildirdiyinə görə 161 nömrəli marşrut xəttinin sürücüsü avtobusun qırılmış qapısına məhəl qoymayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib.

Qeyd edək ki, 161 nömrəli avtobusların acınacaqlı durumu ilə bağlı məsələni dəfələrlə gündəmə gətirmişik.

İstismarda olan bu sərnişin avtobuslarının hamısı texniki baxımdan yararsızdır. Vəziyyət o qədər acınacaqlıdır ki, bu işgəncəni təsvir etməyə söz acizdir.

Onu da əlavə edək ki, bu günlərdə Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilməyən ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib. Həmin marşurutlar arasında 161 saylı avtobus da yer alıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin