Azərbaycanda ərzaq məhsulları 20-30% bahalaşdı - FOTOLAR

Hazırda oxunan: Azərbaycanda ərzaq məhsulları 20-30% bahalaşdı - FOTOLAR

91294

“Azərsun Holding”x9ddən açıqlama gəldi.

Bir neçə gündür ki, Azərbaycanda ərzaq mallarının qiymətləri sürətlə artırılır. Artıq mağazalarda çay, qənd, şəkər tozu, makaron, yağ, toyuq, süd məhsullarının qiymətləri 15 faizdən 35 faizədək qaldırılıb. 

Moderator.az xəbər verir ki, bu barədə musavat.com saytı yazıb.

Saytın məlumatına görə, hələlik sonuncu olaraq məhsullarının qiymətini qaldıran “Azərsun”x9d Holdinqdir.

Ölkə bazarında kifayət qədər yer tutan və yerli məhsula olan tələbatın böyük hissəsini təmin edən “Azərsun”x9d Holdinq avqustun 18-dən etibarən mağazalara verdiyi məhsullarının qiymətini dəyişib. 

Məsələn, çəkisi 100 qram olan 80 qəpiklik “Azərçay”x9d artıq mağazaların vitrinlərində 1 manata qoyulub. Bu, məhsulun 25 faiz bahalanması deməkdir. Holdinq bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırıb.

Qeyd edək ki, “Azərsun”x9d Holdinq ölkə bazarına “Bizim süfrə”x9d, “Azərduz”x9d, “Pasha”x9d, “Super Sun”x9d, “Bostan”x9d, “Berqa”x9d, “Aura”x9d, “Bizim tarla”x9d, “Sun”x9d, “Möcüzə”x9d, “Teksun”x9d, “Saville”x9d markaları ilə çeşidli məhsullar çıxarır. 

Mağaza işçiləri ilə söhbətimizdə qiymətləri qalxan digər məhsullarla da bağlı məlumatlar öyrəndik. 

Qiymətləri ilk olaraq qaldıran şirkətlərdən biri “Prokter & Gembl Azərbaycan Servisləri”x9d MMC-dir. Bu MMC-yə məxsus məhsulların qiymətləri 35 faiz qaldırılıb. 

Qeyd edək ki, “Prokter & Gembl Azərbaycan Servisləri”x9d MMC bazara “Oral-B Pro-flex”x9d diş fırçası, “Duracell”x9d batareyası, “Ariel”x9d yuyucu tozu, “Blend-a-med Pro-expert”x9d diş məcunu, “Pampers”x9d və bir çox məhsullar çıxarır.

Son 5 gün ərzində qiymətləri bir neçə dəfə qaldıran firma isə “Milla”x9d süd məhsullarıdır. Belə ki, ötən həftənin son günündə qiymətləri 10 faiz qaldıran “Milla”x9d avqustun 17-də qiymətləri növbəti dəfə 5 faiz artırıb. Hazırda “Milla”x9d süd məhsulları minimum 15 faiz bahalaşıb.

Qiymətləri qaldıran böyük firmalar arasında “Avrora”x9d da var. Bu firma Azərbaycanda makaron, biskvit, peçenye kimi şirniyyat məhsullarının istehsalı, pərakəndə və topdansatışı ilə məşğul olur. Bazarda kifayət qədər tanınmış “Tanelli”x9d, “Doymak”x9d, “Laferella”x9d markalı makaronlar bu firmanın məhsullarıdır. “Avrora”x9d firması qiymətləri 15-25 fazi arasında qaldırıb.

“Səba”x9d firması da toyuq məhsullarının qiymətini 15-20 faiz bahalaşdırıb. 

“Cahan”x9d Holdinqin məhsullarının da yaxın günlərdə bahalaşacağı gözlənilir. 

Qeyd edək ki, bir neçə gün əvvəl “Azerbaijan Coca-Cola Bottlers”x9d (ACCB) istehsal etdiyi məhsulların daxili bazarda satış qiymətlərinin artırılması təklifi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. 

Öz növbəsində, “Azərsun Holding”x9d son günlər ölkənin istehlak bazarında müşahidə olunan məhsulların qiymət artımına münasibət bildirib. 

Holdinqin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov“Qafqazinfo”x9dya açıqlamasında bildirib ki, “Azərsun”x9dun bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırması ilə bağlı mətbuatda gedən xəbərlər həqiqəti əks etdirmir. 

Onun sözlərinə görə, şirkət məhsullarında cəmi 3-5 faiz bahalaşma tətbiq edilib ki, bu da bütün məhsullara aid deyil. A.Səfərov bildirib ki, dünyada müşahidə olunan iqtisadi böhran, Çində yuanın devalvasiyası bu prosesə təsir göstərib.

O qeyd edib ki, iqtisadi böhranla bağlı holdinqin bəzi məhsullarının qiyməti yüksəlsə də, bəzilərinin qiymətində ucuzlaşma olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin