Qusarın Piral kəndində dəhşətli qətl hadisəsi baş verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, kənd sakini, 44 yaşlı Farik Pakiddin oğlu Mollayev həyat yoldaşı 34 yaşlı Oksana Minbər qızı Mollayevanı bıçaqlayaraq qətlə yetirib.
Onun arvadına 17 bıçaq zərbəsi vurduğu deyilir. Hazırda mərhumun meyiti Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsindədir.
Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu