Müəllimlərin növbəti sertifikasiyasının vaxtı açıqlandı

Hazırda oxunan: Müəllimlərin növbəti sertifikasiyasının vaxtı açıqlandı

91149

Növbəti sertifiksdiya gələn ilin əvvəli keçiriləcək və digər regionlarda çalışan ibtidai sinif müəllimləri cəlb olunacaq.

Bizim.Media xəbər verir ki, bunu Apa.az-a açıqlamasında Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, sabah da Azərbaycan bölməsi üzrə ibtidai sinif müəllimlərinin digər bir qrupu imtahan verəcək:

"1 sentyabrda isə rus bölməsi üzrə ibtidai sinif müəllimlərinin imtahanı ilə sertifikasiyanın test mərhələsi yekunlaşacaq. Daha sonra müsahibə mərhələsi barədə namizədlərə məlumat veriləcək. Hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin