Bakıda evdən qızıl oğurlayan qadın MÜTTƏHİMLƏR KÜRSÜSÜNDƏ 

Hazırda oxunan: Bakıda evdən qızıl oğurlayan qadın MÜTTƏHİMLƏR KÜRSÜSÜNDƏ 

91146

Bakının Qaradağ rayonunda oğurluqda təqsirləndirilən Sitarə Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, toplanan materiallar baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Rufan Mürsəlovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.  

İttihama görə, bu ilin may ayında Sitarə Məmmədova Müşfiqabad qəsəbəsində yerləşən evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.  

Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin