Sumqayıtda gənc oğlan başqa qadınlarla gəzdi, arvadına işgəncə verdi - TƏFƏRRÜAT

Hazırda oxunan: Sumqayıtda gənc oğlan başqa qadınlarla gəzdi, arvadına işgəncə verdi - TƏFƏRRÜAT

91136

Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Rəvan Quliyev həyat yoldaşı Şəmsiyyəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərinin Corat bağlar massivindəki bağ evində baş verib. 

Cinayət işi üzrə təqsirləndirilən Rəvanın sözlərinə görə, 2015-ci ilin sentyabrında Şəmsiyyə ilə ailə qurub:

“Ailə qurmağımıza baxmayaraq aramızda rəsmi nikah bağlanılmayıb. Birgə yaşadığımız müddətdə iki övladımız dünyaya gəlib”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, son üç il ərzində Şəmsiyyə ilə aralarında münaqişələr, dava-dalaşlar baş verib:

“Hər dəfə aramızda olan münaqişədən sonra Şəmsiyyə valideynlərinin evinə gedib. Hər dəfə Şəmsiyyəni geti qaytarmışam”.

Rəvan qeyd edib ki, hadisə günü işdən çıxandan sonra bir qədər spirtli içki qəbul edib və sərxoş olub:

“Saat 22.00-da sərxoş vəziyyətdə evə gəldim. Evə daxil olandan sonra bu gün hara gedib, gəldiyini Şəmsiyyədən soruşdum. Şəmsiyyə isə bacımgilə getdiyini bildirdi. Bu zaman çox sərxoş olduğumdan Şəmsiyyə ilə dava-dalaş etməyə başladım. Evdəki oturacağı götürərək Şəmsiyyənin başından vurdum. Şəmsiyyəni yerə yıxdım və əlim ilə boynunu tutaraq onu boğdum. Sonra təpiklə sağ sifət nahiyyəsindən vurdum. Evdəki boşqab və digər qab-qacaqları sındırdım. Boşqab qırıntısı ilə onun sol əlinə xəsarət yetirdim. Qaz peçinin borusu ilə Şəmsiyyənin çiynindən vurdum”.

Rəvan bildirib ki, onu anası Səmayə sakitləşdirmək istəyib. Onun ifadəsinə görə, bu vaxt anasını da kənara itələyib. Rəvan deyib ki, sonra Şəmsiyyə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib. 

Rəvan ifadəsinin sonunda əməlindən peşman olduğunu deyib. O, 2-ci Qarabağ müharibəsi iştirakçısı olduğunu və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alınmasını xahiş edib. 

Cinayət işi üzrə ifadə verən zərərçəkmiş Şəmsiyyənin sözlərinə görə, son üç il ərzində Rəvan ona bir neçə qadınla xəyanət edib. Onun ifadəsinə görə, bu səbəbdən Rəvanla dəfələrlə aralarında münaqişələr olub. 

Şəmsiyyə bildirib ki, baş verən hadisədən 6 ay əvvəl yenidən Rəvanın xəyanətinə görə evdən gedib və amma Rəvan ondan yanına qayıtmağını xahiş etdiyinə görə övladlarının xatirinə geri qayıdıb. 
Şəmsiyyə daha sonra ifadəsində sonuncu hadisədən danışıb və ərinin onu amansızcasına döyməsini qeyd edib. Şəmsiyyə ifadəsinin sonunda ərindən şikayətçi olduğunu, onun cəzalandırılmasını istəyib. Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Rəvan 360 saat ictimai işlər cəzasına məhkum edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin