“I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib. (9 məzar boş çıxıb, 1 məzarda isə iki nəfərə aid meyit qalıqları aşkar edilib)”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov Beynəlxalq İtkinlər Günü ilə bağlı keçirilən “İtkin düşmüş şəxslərin şəxiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” adlı tədbirdə səsləndirib.
İsmayıl Axundov əlavə edib ki, bu istiqamət üzrə 184 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:27 / 30.08.2022
183 şəhidin meyitinin qalığı ekshumasiya edilib – Dövlət Komissiyası
Hazırda oxunan: 183 şəhidin meyitinin qalığı ekshumasiya edilib – Dövlət Komissiyası
Hazırda oxunan: 183 şəhidin meyitinin qalığı ekshumasiya edilib – Dövlət Komissiyası
91118
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.