“Dünya üzrə 250 min itkin düşmüş şəxs var və təəssüflər olsun ki, onların içərisində 3800 Azərbaycan vətəndaşı da yer alıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakl nümayəndəliyinin başçısı Draqana Koiç Beynəlxalq İtkinlər Günü ilə bağlı keçirilən “İtkin düşmüş şəxslərin şəxiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” adlı tədbirdə səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
44 günlük müharibədə itkin düşən hərbçilərimizin sayı açıqlandı
Koiç əlavə edib ki, itkin düşmüş şəxslərin aşkar edilməsində həmin şəxslərin ailə üzvlərinin və yaxınlarının iştirak etməsi olduqca vacibdir:
“Eyni zamanda mən Azərbaycan hökumətinə də bu sahədə gördüyü işlərə görə minnətdarlığımı bildirirəm”.
Murad Əhmədov, Bizim.Media