İtkin düşən şəxslərlə bağlı müştərək mexanizm yaradılmalıdır – TƏKLİF

Hazırda oxunan: İtkin düşən şəxslərlə bağlı müştərək mexanizm yaradılmalıdır – TƏKLİF

91103

“Mina problemi tkin düşən şəxslərlə bağlı məsələlərin araşdırılmasını çətinləşdirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Məhkəmə-tibbi ekspertizadan istifadə etmək də labüddür. İtkin düşmüş şəxslərlə bağlı BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıllı Beynəlxalq İtkinlər Günü ilə bağlı keçirilən “İtkin düşmüş şəxslərin şəxiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” adlı tədbirdə səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

44 günlük müharibədə itkin düşən hərbçilərimizin sayı açıqlandı 


Həbib Mikayıllı əlavə edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb:  

“Ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil. BQXK-ni bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin