“Ermənistanın Azərbaycana təcavüzü nəticəsində I Qarabağ Müharibəsi dövründə 3890 nəfər itkin düşmüş şəxs kimi dövlət qeydiyyatına salınıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov Beynəlxalq İtkinlər Günü ilə bağlı keçirilən “İtkin düşmüş şəxslərin şəxiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” adlı tədbirdə səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
44 günlük müharibədə itkin düşən hərbçilərimizin sayı açıqlandı
İsmayıl Axundov əlavə edib ki, itkin düşənlərdən 3171-i hərbçi, 719u isə mülki şəxs olub:
“Mülki şəxslərdən 71-i yetkinlik yaşına çatmayan şəxs, 267-si qadın, 326-sı isə yaşlı olub”.
Murad Əhmədov, Bizim.Media