“Ölkəmizdə ilk dəfə olaraq, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçilərin işə qəbulu imtahan vasitəsilə keçirilməkdədir".
Bizim.Media xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda Beynəlxalq Maarif Məktəbləri fəaliyyətə başlayacaq – İLK DƏFƏ
"Ölkənin 6 regionundan və 10 mərkəzdən müəllim namizəd məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün imtahan verməkdədirlər".
"Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş 2022-2026 Sosial-iqtisadi strategiyasında da bu öz təsdiqini tapıb.17 minə yaxın məktəbəqədər təhsil müəssisələrində çalışan metodist və tərbiyəçilərin yenidən hazırlanması və sertifikasiyadan keçirilməsi 2026-cı ilə qədər nəzərdə tutulmaqdadır".
Səkinə Yusibli, Bizim.Media