Azərbaycanın Milli Qəhrəmanı, məşhur telejurnalist Çingiz Mustafayev 62-ci doğum günündə Şabranda anılıb.
Bizim.Media xəbər verir ki, onun vaxtilə işlədiyi Şabran gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları Çingizin Şabran şəhərindəki xatirə kompleksini ziyarət ediblər.
Kompleks önünə tər güllər düzən keçmiş iş yoldaşları və kollektivin yeni üzvləri onu hörmətlə yad ediblər.
Şabran gigiyena və epidemiologiya mərkəzinin direktoru Asif Nəsibov çıxışında Çingiz Mustafayevin Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 3 il - 1984-1987 -ci illərdə Şabranda sanitar həkim kimi işlədiyini xatırladıb.
Bildirib ki, sonradan Birinci Qarabağ Müharibəsində Xocalı faciəsini çəkib dünyaya göstərən yeganə telejurnalist kimi taruxə düşən Çingiz Mustafayevin ruhu indi şaddır.
Avqustun 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi vaxtilə laçınlıları geri qaytarmağa çalışan Çingizin ruhunu da şad edib.
Keçmiş iş yoldaşları mərhum telejurnalistlə bağlı xatirələrini danışıblar.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
12:37 / 29.08.2022
Çingiz Mustafayev doğum günündə Şabranda yad edildi - FOTO
Hazırda oxunan: Çingiz Mustafayev doğum günündə Şabranda yad edildi - FOTO
Hazırda oxunan: Çingiz Mustafayev doğum günündə Şabranda yad edildi - FOTO
90934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.