Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə media və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.
Qurumun mətbuat xidmətiondən Bizim.Media-ya verilən xəbərə görə, bu günün rəqəmi isə 13-dür.
Belə ki, ötən yarımildə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 13 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.
Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 29.08.2022
Ağır cinayətdə ittiham olunan 13 nəfər Azərbaycana ekstradisiya olundu
Hazırda oxunan: Ağır cinayətdə ittiham olunan 13 nəfər Azərbaycana ekstradisiya olundu
Hazırda oxunan: Ağır cinayətdə ittiham olunan 13 nəfər Azərbaycana ekstradisiya olundu
90925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.