Avqustun 10-dan Göygöl Milli Parkının uzun fasilədən sonra sadə vətəndaşların istifadəsinə açılması hər gün minlərlə insanın əraziyə axınına səbəb olub.xa0
Bu gün istirahət günü olması səbəbi ilə Göygöl Milli Parkına daha çox insanın gəlişi müşahidə edilib ki, bu da yollarda uzunluğu bir neçə kilometrə çatan nəhəng tıxacların yaranmasına səbəb olub.
Hadisə yerində olan Moderator.az saytının əməkdaşının verdiyi məlumata görə, axşam saat 18 radələrində artıq yol hər iki istiqamətdən bağlanıb və Toğana kəndi ərazisində xaos hökm sürür. Məlumatlara görə, bir neçə saatdır ki, Toğana kəndindən Göygölə çıxan yoldan ”“ "Cənnət Məkan" istirahət mərkəzindən başlayaraq uzun - uzadı tıxac müşahidə edilməkdədir. Tıxacın aradan qaldırılması üçün xeyli sayda polis əməkdaşı səfərbər olunsa da, problemi həll etmək hələ ki, mümkün olmayıb.
Əməkdaşımızın sözlərinə görə, problemin həllinin yubanması saatlarla tıxacda qalan vətəndaşlar arasında ciddi narazılığa səbəb olub.
Yaranan xa0tıxac bəzi yetkililərin də narahatlığına səbəb olub. Hətta Göygöl Milli Parkına vətəndaşların kütləvi axınını əngəlləmək məqsədi ilə əraziyə girişlə bağlı yenidən müəyyən məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı fikirlər səsləndirilir.
xa0


































































































