Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündən 17 il ötür.
Bizim.Media xəbər verir ki, şirkət “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli fərmanına əsasən yaradılıb.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib. Həmin ilin 29 avqust tarixində isə fəaliyyətə başlayıb.
İctimai Televiziyanın verilişləri ölkə ərazisində 24 saat ərzində Azərbaycan dilində aparılır.
İTV-nin Yayım Şurası 9 üzvdən ibarətdir. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.
Televiziya Avropa Yayım İttifaqının üzvüdür. İTV-nin baş direktoru Balaş Qasımovdur. O, bu vəzifəyə 2018-ci il iyunun 1-də seçilib.
2022-ci il yanvarın 28-də “Azerspace-1” peykində HD yayım formatına keçib.
Bizim.Media-nın kollektivi olaraq İTV-də çalışan həmkarlarımızı təbrik edirik və işlərində daha böyük uğurlar arzulayırıq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:55 / 29.08.2022
İTV-nin 17 yaşı tamam olur
Hazırda oxunan: İTV-nin 17 yaşı tamam olur
Hazırda oxunan: İTV-nin 17 yaşı tamam olur
90903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.