İki gün vuruşdu, düşmənin 2 tankını, 60 əsgərini məhv etdi – ŞƏHİD BƏHRUZ ƏLİYEV

Hazırda oxunan: İki gün vuruşdu, düşmənin 2 tankını, 60 əsgərini məhv etdi – ŞƏHİD BƏHRUZ ƏLİYEV

9082

“Qardaşımın arzusu hərbçi olmaq idi. Arzusuna da ən şərəfli formada çatdı”. 

Bu sözləri Bizim.Media-ya açıqlamasında şəhid Bəhruz Əliyevin bacısı İradə Əliyeva deyib.

Bəhruz uşaq olanda atıcılığa xüsusi marağı olduğundan əsgərlikdə bu kurslara böyük həvəslə qatılır. Keçirilən yarışlarda dəfələrlə 1-ci yerə layiq görülür. Atıcılıq kurslarında dəfələrlə 1-ci yerə layiq görüldüyü üçün atıcı vəzifəsindən baş atıcı vəzifəsinə təyin edilir.

O, burada da xüsusi həvəslə iştirak edib:

“Sentyabr ayının 27-si II Qarabağ müharibəsi başladıqda Goranboy rayonu, Tapqaraqoyunlu kəndindən Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərə qoşulur”.

İradədə Əliyeva onu da bildirir ki, qardaşı Bəhruz Əliyev müharibənin birinci günündə düşmənin 2 tankını, dəqiq atəşlə 60-a yaxın əsgərini məhv edərək qəhrəmanlıqla döyüşür”.

Döyüş yoldaşlarının ailəsinə danışdığı məlumata görə, şəhidimiz yaralı əsgər yoldaşlarının da müharibə zonasından çıxarılmasına köməklik edib.

İradə Əliyeva qeyd edir ki, sentyabrın 28-i son dəfə yaralı əsgəri xilas edib döyüşə qayıdanda düşmənin atdığı minaatanın qəlpələri sağ ayağını ağır yaralayır:

“Hospitala çatdırılarkən kəskin qanitirmədən yolda can verir və şəhidlik zirvəsinə ucalır. Sentyabr ayının 29-u böyüyüb, boya-başa çatdığı Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilir”.

Şəhidimizin anası Qərənfil  xanım oğluna Qarabağ torpağını işğaldan azad etməsində iştirak etməyi  və bayrağımızı onun  sancmasını arzulayırmış: 

“Bir də onu arzulamışdım ki,  Bəhruzun toyunu, xidmətdə olduğu Tərtər rayonunun Tapqaraqoyunlu kəndində hərbçi yoldaşları ilə birlikdə edəcəm. Əfsuslar olsun ki, mənim də arzularımı kafir ermənilər ürəyimdə qoydu.”.

Qeyd edək ki, döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən isə "Laçının azad olunmasına görə" medalı ilə ölümündən sonra təltif edilib.

Şəhidimiz Əliyev Bəhruz Elman oğlu 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 N-li tam orta məktəbin 1-ci sinfinə qəbul edilmiş, 2013-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin