Laçının gişirində erməni dilində “Berdzor” yazılan lövhə sökülüb.
Bizim.Media xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Xatırladaq ki, Laçın işğal ediləndən sonra ermənilər şəhəri “Berdzor” adlandırıb.
Yeri gəlmişkən, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə, Zabux və Sus kəndlərinə yerləşib.
Bizim.Media