Bakıda heyvan kəsməyə icazə verilməyəcək: kiçik dükanlar ləğv olunacaq - RƏSMİ

Hazırda oxunan: Bakıda heyvan kəsməyə icazə verilməyəcək: kiçik dükanlar ləğv olunacaq - RƏSMİ

90763
Bakı şəhəri ərazisində özəl ət kəsim məntəqələrinin tikilməsi ilə bağlı layihə bir ildən çoxdur hazırlansa da, hələ heç bir məntəqə tikilməyib. 
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat rəhbəri Yolçu Xanvəli "Report"a bildirib ki, qurum tərəfindən hazırlanan layihə Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub. 
 
O deyib ki, layihəyə əsasən, Bakıya daxil olan üç istiqamətdə - Şamaxı-Bakı, Quba-Bakı yolunda, Qaradağ rayonunun girişində özəl ət kəsim məntəqələrinin tikilməsi nəzərdə tutulub: "Özəl ət kəsim məntəqələrinin tikilməsindən sonra Bakı şəhəri ərazisindəki kiçik ət kəsim "butka"larının hamısı ləğv ediləcək. Heyvanlar xüsusi kəsim məntəqələrində kəsildikdən sonra soyuducu maşınlarda şəhərə paylanılacaq".
 
Y.Xanvəli əlavə edib ki, özəl ət kəsim məntəqələrinin tikilməsi sahibkarlardan asılıdr: "Onlar bu işə təşəbbüs göstərməli və maliyyə yatırmalıdırlar. Amma hələlik bunu həyata keçirmək üçün müraciət edən olmayıb".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin