Dünən saytımıza müraciət edən vətəndaş Təranə Məmmədova Qobustan qapalı həbsxanasında məhbus həyatı yaşayan övladı Məmmədov Məmməd Əli oğluna qarşı son vaxtlar həbsxana rəhbərliyi tərəfindən olduqca sərt münasibətin sərgiləndiyini bildirib. T.Məmmədovanın sözlərinə görə, övladı hətta hamama, telefon məntəqəsinə aparıldığı zaman belə qolu qandallanır ki, bu da övladına mənəvi-psixoloji baxımdan mənfi təsir edir. (//moderator.az/index.php?xeber=90609 )
Moderator.az saytı olaraq
T.Məmmədovanın irəli sürdüyü ittihamlara münasibət öyrənmək üçün Qobustan
qapalı həbsxanasının rəisi Fikrət Qafarovla əlaqə saxladıq. F.Qafarov öncə
Penitensar Xidmətin mətbuat xidməti ilə əlaqə saxlamağı məsləhət görsə də, daha
sonra T.Məmmədovanın narahatlığına özü aydınlıq gətirdi:
“Qobustan qapalı həbsxanasında
məhbuslarla qanun çərçivəsində davranılır və kiməsə qarşı hər hansı qanunsuz, əsassız
davranışdan söhbət gedə bilməz. Məhbusun qolu qandallı gəzdirilməsinə gəlincə,
bu barədə səslənən fikirlər əsassızdır. Ümumilikdə, məhbuslara qandalın
vurulması mümkündür. Lakin bu, yalnız o halda tətbiq edilir ki, bunun üçün qanuni
əsas olur. Kiməsə qarşı məxsusi, qərəzli münasibət sərgilənmir və sərgilənə də
bilməz. Bir sözlə, Təranə Məmmədovanın narahatlığı üçün heç bir əsas yoxdur.
Mən valideynlərin
övladları ilə bağlı həssaslıqlarını anlayıram. Onlar gün ərzində mənə çoxsaylı
müraciətlər ünvanlayır, suallar verirlər. Valideynlər bilməlidirlər ki, burada
bütün münasibətlər qanun çərçivəsində tənzimlənir və heç kimə qarşı haqsızlığa
yol verilmir”x9d.
Seymur Əliyev

































































































