Mikayıl Cabbarov üçün qatı açılmamış etiraz...

Hazırda oxunan: Mikayıl Cabbarov üçün qatı açılmamış etiraz...

90737
Xaricdə təhsil almaq hüququ əldə etsə də məmur özbaşınalığı və biganələyi ilə üzləşdiyindən əli yerdən - göydən üzülən bir gəncimiz Moderator.az vasitəsilə təhsil naziri Mikayıl Cabbarova müraciət edib:

"Dəfələrlə “2007 - 2015 - ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”x9d - na (bundan sonra DP) müraciət edərək ən nəhayət təqaüdə layiq görüldüm. DP çərçivəsində təhsilimin maliyyələşdiriləcəyi xəbərini aldığım gün hələ də yadımdadır: sevincimin həddi - hüdudu yox idi, qısa bir müddət ərzində prestijli bir universitetdə təhsil alıb əldə etdiyim bilikləri Vətənimdə tətbiq etmək arzusu ilə alışıb - yanırdım. Lakin Azərbaycandan çox uzaqda olsam belə bürokratik əngəllər və məmur özbaşınalığı yenə də arzularımın üstündən xətt çəkdi...

Belə ki, devalivasiya nəticəsində mənə (və digər tələbələrə) avro ilə hesablanıb manat ekvivalenti ilə birdəfəlik ödənilən təqaüd 34% dəyərini itirdi ki, bu da mənim 2 aylıq təhsil haqqımdan da böyük bir məbləğə bərabər idi. Dəfələrlə DP üzrə məsul şəxslərə yazılı şəkildə müraciət etdim, lakin mənim problemimin həllində heç kəsin maraqlı olmadığını cavabsız qalan 4 elektron məktubumdan gec də olsa anladım. Dövlət tərəfindən maliyyələşdirilən tələbənin təhsil problemləri bir yana qalsın, Prezident tərəfindən verilmiş fərmana əsaslanan Nazirlər Kabinetinin qərarına hansısa məmurun biganə yanaşması məsələnin ciddiliyindən xəbər verirdi. Odur ki, bu məsələnin mediada işıqlanıdırılmasını özümə bir vətəndaş borcu bilirəm.

İlk öncə onu qeyd edim ki, DP və DP təqaüdçüləri arasında müqavilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008 - ci il 27 noyabr tarixli 261 nömrəli qərarı ilə təsdiq edilmiş DP - na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi qaydalarına əsaslanır və həmin qərarın 6.2 - ci maddəsi məzənnə fərqi nəticəsində yaranmış müsbət və mənfi kənarlaşlamaların növbəti ödənişlərdə nəzərə alınmasını birmənalı şəkildə tələb edir. Diqqəti çəkən digər bir vacib məqam odur ki, qərarda növbəti ödənişlərdən bəhs edilir və bu isə təqaüdün ən azı iki hissəli şəkildə ödənilməsi anlamına gəlir. Lakin nəinki hissəli şəkildə ödəniş, hətta qanuni tələbin yerinə yetirilməsinə bəzi məmurlar tərəfindən maneə törədilir və tələbələrin haqlı tələbləri susdurulur.

Digər bir maraqlı məqam ondan ibarətdir ki, DP təqaüdçülərinə təqaüdlər onların adına DP tərəfindən açılmış və aylıq 1400 avro istifadə limiti qoyulmuş kartlar vasitəsi ilə həyata keçirlir ki, belə bir hal nə Nazirlər Kabinetinin qərarında, nə də ki? müqavilədə nəzərdə tutulmayıb. Məhz bu limit probleminə görə devalvasiya haqda məlumatı olan tələbələr belə devalvasiyanın ziyanından yaxalarını qurtara bilməmişlər. Lakin DP üzrə məsul şəxslər tələbələrin qanuni hüquqlarını tapdalayaraq DP-nın facebook səhifəsində yazılan müraciətləri silir, elektron məktubları cavavbsız qoyur və hətta tələbələri hüquqlarını tələb etməklə dövlətə qarşı çıxdıqları ilə hədələyirlər. 

Onu da qeyd etmək yerinə düşər ki, məzənnə fərqi ilə bağlı yaranan mənfi kənarlaşmalar və ya kəskin məzənnə devalvasiyası nəzərə alınmadıqı təqdirdə, Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanılmış müqavilənin 7.1-ci maddəsinə əsasən təhsil alan həmin müqavilə üzrə 2.3.2-ci və 2.3.5-ci maddələri üzrə nəzərdə tutulan məsuliyyətdən azad edilə bilər. Həmin müqavilənin 8.2. - ci maddəsinə uyğun olarq tərəflər arasında razılıq əldə edilmədikdə təhsil alan Komissiyaya və ya məhkəməyə müraciət edə bilər. Tələbənin öz təhsilini maliyyələşdirən bir dövlət qurumunu məhkəməyə verib müsbət cavab əldə etməsi hal-hazırki Azərbaycan reallığı fonunda absurd səslənir. Odur ki, bu məsələndən çıxış yolunu yalnız bu məsələnin ictimailəşdirilməsində və gənclərin savadlanmasında maraqlı olan daha yüksək dairələrin gündəminə gətirilməsində görürəm. Sonda üzümü tələbələri seçib təhsilini maliyyələşdirməyə qərar verən şəxslərə tuturam: siz bizdə potensial müəyyən edib təhsilimizi maliyyələşdirməyə qərar vermisiniz ki, qayıdıb vicdanla Vətənimizə xidmət edək. Heç olmasa bu seçilmiş gənclərə gənc yaşlarından məmurun qanundan güclü olduğunu öyrətməyin”¦ axı onlar bizim gələcəyimizdir ...

Lank Atrial

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin