Yaxın Bakı tarixində ən rahat və prestijli nəqliyyat vasitəsi fayton sayılıb. XIX əsrin axırlarında Bakıdan müxtəlif istiqamətlərə işləyən 418 fayton qeyd alınıb. Fayton, əsasən, rütbə və imtiyaz sahibi hörmətli insanlar, xüsusən, fayton işlədirdi.
Sonralar isə faytonlar şəhərdə turist gəzintilərinin, el şənliklərinin bəzəyi oldu. Elə bir bayram yox idi ki, orada şəhər sakinləri və qonaqlarımız faytondan istifadə etməsinlər. Amma son iki ildə, xüsusi ilə pandemiyadan sonra Bakının bəzəyi faytonlar yoxa çıxıb.
Bu günlərdə isə Bizim.Media-nın foto kamerasına şəhərimizin bir küncündə atılıb qalmış bir neçə fayton tuş gəlib.
Fotolardan da görünür ki, bu faytonlar istismara yararsız halda saxlanılır və faytonçu isə ümumiyyətlə, tapılmır.
Bakının yaraşığı və koloriti sayılan faytonlar Azərbaycan milli mədəniyətinin incisi sayılır. Bəs onlar haraya yoxa çıxıb? Aqibəti nə yerdə qalıb?
Araşdırmamız davam edəcək.
Mia Quliyeva, Bizim.Media
Rəşad Oruc oğlu - Fotoqraf
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 27.08.2022
Bakının yaraşığı FAYTONLAR hara qeyb olub? - FOTO
Hazırda oxunan: Bakının yaraşığı FAYTONLAR hara qeyb olub? - FOTO
Hazırda oxunan: Bakının yaraşığı FAYTONLAR hara qeyb olub? - FOTO
90723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.