"Öğlum məktəb vaxtlarından" şəhid olacam" deyirdi" - ANA

Hazırda oxunan: "Öğlum məktəb vaxtlarından" şəhid olacam" deyirdi" - ANA

9072

44 günlük Vətən savaşında qanı və canı ilə tarix yazan, işğalda olan torpaqlarımızı geri qaytararaq Azərbaycan xalqına qələbə sevinci bəxş edənlər arasında onun payı da var...

Söhbət bu yolda canından, qanından keçən vətən oğullarından biri şəhid- leytenant Kənan Ləzgi oğlu Əhmədovdur.

Bizim.Media Vətən müharibəsində şəhid olan Kənan Əhmədovun doğmalarının onunla bağlı xatirəsini bolüşür.

Şəhid Kənan Ləzgi oğlu Əhmədov 1995-ci il fevralın 15-də Qaraqoyunlu elinin Yuxarı çaykənd kəndində doğulub. Orta təhsilini Laçın rayonu orta məktəbdə alıb. O, oktyabrın 25-də Fuzuli və Cəbrayıl arasında gedən ağır döyüşlərində şəhid olub.

Anası Narifə Əhmədovanın sözlərinə görə oğlunu itirəcəyini onunla son telefon danışığında hiss edib:

“Məktəb vaxtlarından “ana mən şəhid olacam” deyirdi. Soruşurdum ki, niyə elə deyrsən? Cavab vermirdi... Sanki beyninə yazılmışdı. Bu uşaq vətən həsrəti ilə yaşayırdı. 25 yaşında vətənə qurban getdi. Toy görmədi, toy xonçaları qurulmadı. Onunla bağlı arzularım yarım qaldı. Oğlum döyüşlərə qatılandan sonra mütəmadi telefonla danışırdıq.

Son danışığımızda əhvalımı soruşdu. Nigarançılığını hiss etdim, sanki ölümünü ifadə edirdi...Həmin gün eşitdim ki, oğlum şəhidlik zirvəsinə ucalıb.  Oğlumla bu gün də qürur duyuram. Erməni vandallarından torpaqlarımızı xilas edən oğulun anası olmaq şərəfdir”.

Qaradaşının döyüş yolundan danışan Kamran Əhmədov onunla bağlı xatirələrinin çox olduğunu qeyd edir:

“Birgə maraqlı günlərimiz çox olub. İdmanı, futbolu çox sevirdi. Birgə yarışlara qatılırdıq. Çox həyəcanla futbolu izləyirdi". 

"Qaradaşımın döyüş yolundan uzun-uzadı danışmaq olar. Onu bilirəm ki, qardaşım döyüşlərdə fəal və şərəflə iştirak edib. Şəhid qardaşı kimi onunla fəxr edir, qürur duyuram. Bütün şəhidlərin sayəsində bu gün ayaqdayıq. Gözü yolda qalanların da gözü yoldan çəkildi. Allah o şəhidləri elə bir məqama çatdırdı ki, bu zirvə hər bəndəyə nəsib olmur”.

Kənan Əhmədovun istiqanlı və qohumpərəstliyindən ağız dolusu danışan bibisi onun mehriban və diqqətli olduğunu xüsusilə vurğulayır. “Sanki öz oğlumu itirmişəm” deyə köks ötürən bibi Kənanı həddindən artıq çox sevdyini bildirir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin