\"Bu ayın sonu Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq\" - Hikmət Hacıyev

Hazırda oxunan: \"Bu ayın sonu Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq\" - Hikmət Hacıyev

90691

Bu ayın sonunda Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı qeyd edib. 

O bildirib ki, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq. 

Eyni zamanda, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri ayın sonunda Moskvada görüşəcəklər, onlar nəqliyyat-kommunikasiya və delimitasiya məsələlərini müzakirə edəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin