“Azərbaycanın müstəqilliyinə gedən yolda burada uyuyan şəhidlərin əzmi və cəsarəti var. Bütün şəhidlərimizə rəhmət diləyirik”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında TRT-nin Azərbaycandakı müxbiri Fateh Avanos söyləyib.
“Şəhidlər Xiyabanı bizim üçün çox önəmıli bir yerdir. 27 sentyabrdan başlayaraq Vətən müharibəsində döyüşən igidlərimiz burada uyuyan qəhrəmanlarımız kimi böyük cəsarət və şücayət göstəriblər. Bütün türk şəhidlərinə Allahdan rəhmət diləyirik".
"Mən hər il 20 Yanvar faciəsinin anım günündə şəhidlərimizi ziyarətə gəlirəm. Türk milləti və vətəndaşları olaraq qardaş Azərbaycanımızın yaxşı və pis günündə yanında olacağıq”.
Anar Rəhimov, Bizim.Meda