Samuxda qanunsuz ov edənlər saxlanıldı

Hazırda oxunan: Samuxda qanunsuz ov edənlər saxlanıldı

90600

Samuxda qanunsuz ov edən şəxslər saxlanılıb.

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən məlumat verir ki, Samux Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində Gəncə şəhər sakini Telman Rəhimovun “Ata arms”, Goranboy rayon sakini Elgün Ələsgərovun “adler-arms” və Goranboy rayon sakini Famil Hacıyevin “Huğlu” markalı ov tüfəngləri ilə müvafiq icazələri olmadan Samux rayonunda qanunla qadağan olunmuş ərazisində ov etmələri müəyyən edilib.

Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti orqana göndərilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin