Bu qəsəbələrdə sudan qanunsuz istifadə halları aşkarlandı - VİDEO

Hazırda oxunan: Bu qəsəbələrdə sudan qanunsuz istifadə halları aşkarlandı - VİDEO

90586

Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Bakının Sabunçu və Ramana qəsəbələrində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Bizim.Media bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Sabunçu qəsəbəsindəki “Aylin” uşaq bağçasının su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyekt texniki şərt almadan su xəttinə qanunsuz qoşulub.

Qəsəbə ərazisində yerləşən təndir, dönər satışı obyektlərində və kafedə də içməli sudan qeyri-qanuni istifadə olunduğu aşkar edilib. Yeni Ramana yaşayış massivində ağac və dekorativ güllərin satıldığı obyektdə də suyun talanması halına rast gəlinib.

Burada qanunsuz çəkilmiş su xətti vasitəsilə suvarma işləri aparılır. Yeni Ramanada eyni ünvanda fəaliyyət göstərəm ferma və internet klubun su təchizatı özbaşına çəklmiş qanunsuz xətt vasitəsilə aparılır.

Aşkarlanmış qeyri-qanuni su xətləri ləğv edilib, akt tərtib edilərək dəymiş ziyan hesablanıb. Sahibkarlara su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumat verilərək bildirilib ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə yolverilməzdir.
İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur.

Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Bu ilin yanvar-iyul aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 5 373 fakt aşkarlanıb. Həmin hallar üzrə 1,4 milyon kubmetr həcmində sərfiyyat bərpa olunub.

Hesabat dövründə sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin